https://sputnik.az/20220825/stoltenberq-rusiya-ve-cinin-arktikada-emekdasligi-nato-ya-bir-mesajdir-445374572.html
Stoltenberq: Rusiya və Çinin Arktikada əməkdaşlığı NATO-ya bir mesajdır
Stoltenberq: Rusiya və Çinin Arktikada əməkdaşlığı NATO-ya bir mesajdır
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov bəyan edib ki, Arktika "beynəlxalq hərbi əməliyyatlar teatrına" çevrilir. 25.08.2022, Sputnik Azərbaycan
2022-08-25T20:43+0400
2022-08-25T20:43+0400
2022-08-25T20:43+0400
yens stoltenberq
rusiya
nato
rusiya xin
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0c/438103075_0:152:3101:1896_1920x0_80_0_0_b877be392de0cc85a3861c2e16f0edc7.jpg
BAKI, 25 avqust — Sputnik. Arktikada Rusiya və Çin arasında əməkdaşlıq NATO-nun dəyərlərinə və maraqlarına bir mesajdır.Bunu NATO-nun baş katibi Yens Stoltenberq "Globe and Mail" qəzetinə yazdığı məqalədə bildirib.Onun sözlərinə görə, Rusiya son illər Arktikada hərbi fəallığını artırıb. Stoltenberq əlavə edib ki, Çin də "regiondakı mövcudluğunu genişləndirir", özünü "subarktik dövlət" elan edir və Çini Avropa ilə birləşdirəcək "Qütb İpək Yolu"nu yaratmağı planlaşdırır."Bu ilin əvvəlində Pekin və Moskva dəyərlərimizə və maraqlarımıza zidd olan strateji tərəfdaşlığın dərinləşdirilməsi çərçivəsində Arktikada praktiki əməkdaşlığı gücləndirməyi öhdələrinə götürüblər", - deyə alyansın baş katibi qeyd edib.O, həmçinin vurğulayıb ki, NATO "Uzaq Şimalda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın qorunmasında" maraqlıdır. Stoltenberq xatırladıb ki, səkkiz Arktika dövlətindən yeddisi Finlandiya və İsveçdən sonra Alyansa üzv olacaq.Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov Stokholm və Helsinkinin bloka daxil olmayan statusu ilə bağlı siyasətinin Arktikada sülh və sabitliyin qorunması üçün möhkəm zəmin yaratdığını bildirib. Onun sözlərinə görə, Finlandiya və Helsinkinin alyansa qoşulması çətin ki, bu məqsədə çatmağa kömək etsin. Korçunov bəyan edib ki, Arktika "beynəlxalq hərbi əməliyyatlar teatrına" çevrilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0c/438103075_185:0:2916:2048_1920x0_80_0_0_0f8be8bf8c07d16b2347ffea9aa0a484.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
yens stoltenberq, nato, rusiya xin
yens stoltenberq, nato, rusiya xin
Stoltenberq: Rusiya və Çinin Arktikada əməkdaşlığı NATO-ya bir mesajdır
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov bəyan edib ki, Arktika "beynəlxalq hərbi əməliyyatlar teatrına" çevrilir.
BAKI, 25 avqust — Sputnik. Arktikada Rusiya və Çin arasında əməkdaşlıq NATO-nun dəyərlərinə və maraqlarına bir mesajdır.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq "Globe and Mail" qəzetinə yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, Rusiya son illər Arktikada hərbi fəallığını artırıb. Stoltenberq əlavə edib ki, Çin də "regiondakı mövcudluğunu genişləndirir", özünü "subarktik dövlət" elan edir və Çini Avropa ilə birləşdirəcək "Qütb İpək Yolu"nu yaratmağı planlaşdırır.
"Bu ilin əvvəlində Pekin və Moskva dəyərlərimizə və maraqlarımıza zidd olan strateji tərəfdaşlığın dərinləşdirilməsi çərçivəsində Arktikada praktiki əməkdaşlığı gücləndirməyi öhdələrinə götürüblər", - deyə alyansın baş katibi qeyd edib.
O, həmçinin vurğulayıb ki, NATO "Uzaq Şimalda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın qorunmasında" maraqlıdır. Stoltenberq xatırladıb ki, səkkiz Arktika dövlətindən yeddisi Finlandiya və İsveçdən sonra Alyansa üzv olacaq.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov Stokholm və Helsinkinin bloka daxil olmayan statusu ilə bağlı siyasətinin Arktikada sülh və sabitliyin qorunması üçün möhkəm zəmin yaratdığını bildirib. Onun sözlərinə görə, Finlandiya və Helsinkinin alyansa qoşulması çətin ki, bu məqsədə çatmağa kömək etsin. Korçunov bəyan edib ki, Arktika "beynəlxalq hərbi əməliyyatlar teatrına" çevrilir.