Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: "Ukrayna ətrafında vəziyyət bütün qitələr üçün dağıdıcı xarakter alıb"

© Sputnik / Евгений ОдиноковRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.08.2022
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, vəziyyət Qərb liberal diktaturalarının anti-Rusiya ideologiyası naminə Ukraynadan istifadə etməsindən qat-qat ciddidir.
BAKI, 25 avqust — Sputnik. BMT ölkələrinin əksəriyyəti Kiyevin anti-Rusiya bəyanatını dəstəkləməyib, çünki dünya Qərbin və onun ətrafındakıların hərəkətləri nəticəsində yaranan böhranın miqyasını anlamağa başlayıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Bundan əvvəl bildirilmişdi ki, BMT-yə üzv ölkələrin üçdə birindən azı (193-dən 54-ü) Ukraynadakı vəziyyətlə bağlı anti-Rusiya bəyanatına qoşulub.
"Dünya bunu bir sadə səbəbə görə qəbul etmir: hamı başa düşməyə başlayıb ki, vəziyyət Qərb liberal diktaturalarının anti-Rusiya ideologiyası naminə Ukraynadan istifadə etməsindən qat-qat ciddidir".
Onun sözlərinə görə, indi bu məsələnin qiymətləndirilməsi dəyişib və Ukrayna ətrafında vəziyyət bütün qitələr üçün dağıdıcı xarakter alıb.
XİN rəsmisi əlavə edib ki, indi hamı Ukraynadakı münaqişənin lokal olmadığını və Kiyevdən alət kimi istifadə edən Qərb dövlətlərinin dünyanı yenidən bölüşdürmə niyyətini anlayıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0