Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda iki küçədə hərəkət dayandırılacaq

© Azersu Open Joint-Stock CompanySu xətlərinin yenilənməsi
Su xətlərinin yenilənməsi - Sputnik Azərbaycan, 1920, 25.08.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Tbilisi prospektindən yalnız Şəfaət Mehdiyev küçəsi istiqamətinə hərəkət mümkün olacaq.
BAKI, 25 avqust — Sputnik. Bu gündən Bakıda Tbilisi prospekti ilə Şəfaət Mehdiyev küçəsinin kəsişməsindən Azər Əliyev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. Baş inspektor bildirib ki, buna səbəb "Azərsu" ASC-yə məxsus 160 metr yararsız su xəttinin yenilənməsidir. Bununla bağlı qeyd olunan yollar 25 avqust 18:00-dan 27 avqust saat 08:00-a qədər bağlı olacaq.
Həmin müddətdə Tbilisi prospektindən yalnız Şəfaət Mehdiyev küçəsi istiqamətinə hərəkət mümkün olacaq.
Xəbər lenti
0