https://sputnik.az/20220824/rusiya-mudafie-nazirliyi-son-sutkada-ukraynanin-itkilerini-aciqladi-445341828.html
Rusiya Müdafiə Nazirliyi son sutkada Ukraynanın itkilərini açıqladı
Rusiya Müdafiə Nazirliyi son sutkada Ukraynanın itkilərini açıqladı
Sputnik Azərbaycan
Ukrayna Silahlı Qüvvələrinin batalyonuna zərbələrin Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası tərəfindən həyata keçirildiyi vurğulanır. 24.08.2022, Sputnik Azərbaycan
2022-08-24T17:01+0400
2022-08-24T17:01+0400
2022-08-24T17:18+0400
rusiya müdafiə nazirliyi
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
itkilər
https://cdnn1.img.sputnik.az/img/41199/66/411996662_0:0:3152:1773_1920x0_80_0_0_35d02af538240ae293e6dc0e4446e48e.jpg
BAKI, 24 avqust — Sputnik. Rusiya Aerokosmik Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 93-cü Mexanikləşdirilmiş Briqadasının 20-ci batalyonunun şəxsi heyətinin 50%-dən çoxunu məhv edib. Bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi "Telegram" kanalında yer alıb.Ukrayna Silahlı Qüvvələrinin batalyonuna zərbələrin Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası tərəfindən həyata keçirildiyi vurğulanır."Çoxsaylı itkilər səbəbindən batalyonun hərbi qulluqçuları özbaşına mövqelərini tərk edərək naməlum istiqamətdə hərəkət ediblər", - Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.Daha əvvəl bildirilib ki, xüsusi hərbi əməliyyat zamanı Donetsk istiqamətində fəaliyyət göstərən Ukrayna bölmələrinin itkiləri 600 nəfəri ötüb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin 68-ci atıcı-yeger, 66-cı mexanikləşdirilmiş və 56-cı motoatıcı briqadaları itki verib.Həmçinin 212 ərazidə Ukrayna Silahlı Qüvvələrinin atəş mövqelərindəki 47 artilleriya bölməsinin, canlı qüvvə və texnikasının məhv edilməsi barədə məlumat verilib.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41199/66/411996662_145:0:2785:1980_1920x0_80_0_0_ed4e3c431d805c1ba9b8c8452537f2f2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya müdafiə nazirliyi, ukrayna, itkilər
rusiya müdafiə nazirliyi, ukrayna, itkilər
Rusiya Müdafiə Nazirliyi son sutkada Ukraynanın itkilərini açıqladı
17:01 24.08.2022 (Yenilənib: 17:18 24.08.2022) Ukrayna Silahlı Qüvvələrinin batalyonuna zərbələrin Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası tərəfindən həyata keçirildiyi vurğulanır.
BAKI, 24 avqust — Sputnik. Rusiya Aerokosmik Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 93-cü Mexanikləşdirilmiş Briqadasının 20-ci batalyonunun şəxsi heyətinin 50%-dən çoxunu məhv edib. Bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi "Telegram" kanalında yer alıb.
Ukrayna Silahlı Qüvvələrinin batalyonuna zərbələrin Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası tərəfindən həyata keçirildiyi vurğulanır.
"Çoxsaylı itkilər səbəbindən batalyonun hərbi qulluqçuları özbaşına mövqelərini tərk edərək naməlum istiqamətdə hərəkət ediblər", - Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Daha əvvəl bildirilib ki, xüsusi hərbi əməliyyat zamanı Donetsk istiqamətində fəaliyyət göstərən Ukrayna bölmələrinin itkiləri 600 nəfəri ötüb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin 68-ci atıcı-yeger, 66-cı mexanikləşdirilmiş və 56-cı motoatıcı briqadaları itki verib.
Həmçinin 212 ərazidə Ukrayna Silahlı Qüvvələrinin atəş mövqelərindəki 47 artilleriya bölməsinin, canlı qüvvə və texnikasının məhv edilməsi barədə məlumat verilib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.