Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

RF XİN-dən Trassın nüvə silahından istifadəyə hazır olması fikrinə ironik reaksiya

© AP Photo / Kirsty WigglesworthLiz Trass
Liz Trass - Sputnik Azərbaycan, 1920, 24.08.2022
Abunə olmaq
Birminqemdə çıxış edən Trass, lazım gələrsə, nüvə silahını işə salmaq üçün düyməni basmağa hazır olacağını etiraf edib.
BAKI, 24 avqust — Sputnik. Böyük Britaniyanın xarici işlər naziri, baş nazir postuna namizəd olan Liz Trass, lazım gələrsə, nüvə silahını işə salmaq üçün düyməni basmağa hazır olacağını bildirib. Bu barədə onun Birminqemdəki çıxışı "Times Radio" YouTube kanalında yayımlanıb.
"Düşünürəm ki, bu, baş nazirin vacib vəzifəsidir. Mən bunu etməyə hazıram", - o, belə qərar qəbul olunacağı təqdirdə özünü necə hiss edəcəyi barədə suala cavabında deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova onun açıqlamasına reaksiya verib. O bildirib ki, Trassın nüvə silahları haqqında sözləri qondarma Britaniya supercasusu Ostin Pauers haqqında yeni bir casus komediya seriyasına layiqdir.
"Bu, yeni "Ostin Pauers" seriyası üçün qüsursuz bir başlanğıcdır. İndi beynəlxalq miqyaslı sirli adamın rolunu qadın oynayır" – deyə Zaxarova qeyd edib.
"Ostin Pauers" - aktyor Mayk Mayersin baş rolda olduğu casus komediya filmləri seriyasıdır.
Böyük Britaniyada iyulun 20-də Mühafizəkarlar partiyasından olan parlament üzvləri tərəfindən ölkənin baş naziri olacaq partiyanın liderinin seçilməsi üçün səsvermənin beşinci turu keçirilib. Onun nəticələrinə görə, seçki yarışının finalına iki namizəd çıxıb: xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak. Son turda iki "finalçı"nın arasından qalib bu gün 200 minə yaxın olan üzvü olan partiyanın bütün üzvləri tərəfindən seçiləcək. Səsvermə poçt vasitəsilə keçiriləcək. Qeyd edək ki, 2019-cu ildə baş nazir postunda Tereza Meyi əvəz edən Boris Conson iyulun 7-də baş nazir və Böyük Britaniyanın Mühafizəkarlar partiyasının lideri vəzifəsini tərk etdiyini açıqlayıb.
Xəbər lenti
0