https://sputnik.az/20220824/qarabagda-biznes-qurmaq-ucun-65-qazaxistan-sirketi-muraciet-edib-445340192.html
Qarabağda biznes qurmaq üçün 65 Qazaxıstan şirkəti müraciət edib
Qarabağda biznes qurmaq üçün 65 Qazaxıstan şirkəti müraciət edib
Sputnik Azərbaycan
Bakıda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclası keçirilir 24.08.2022, Sputnik Azərbaycan
2022-08-24T16:44+0400
2022-08-24T16:44+0400
2022-08-24T16:44+0400
qazaxıstan
qarabağ
biznes
şirkət
müraciət
əlaqə
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443407523_0:256:2730:1792_1920x0_80_0_0_ff40fd090c6dcaf1acaaaa007d8fbd96.jpg
BAKI, 24 avqust — Sputnik. Qarabağ bölgəsi müxtəlif sahələrdə, o cümlədən turizm, kənd təsərrüfatı, energetika sahəsində zəngin potensiala malikdir. Bu günə qədər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) bu regionda biznes qurmaq istəyən şirkətlərdən 1100-dən çox müraciət daxil olub.Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov avqustun 24-də Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclasında deyib.O.Məmmədov qeyd edib ki, onların arasında 65-ə yaxın müraciət Qazaxıstan şirkətlərinə aiddir.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin sədri Yusif Abdullayev Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq tellərinin bağladığını bildirib.Yusif Abdullayev diqqətə çatdırıb ki, burada eyni soy-kök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir.Y.Abdullayev vurğulayıb ki, İşgüzar Şuranın tərkibində 59 şirkət mövcuddur və bunlardan 35-i Azərbaycan şirkəti, 24-ü Qazaxıstan şirkətidir: "Ümidvarıq ki, gələcəkdə bu şirkətlərin sayı artacaq".Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrindən danışıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443407523_0:0:2730:2048_1920x0_80_0_0_398dc5cfe2496d5c64c26a85d178c4fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qazaxıstan, biznes, şirkət, müraciət, əlaqə
qazaxıstan, biznes, şirkət, müraciət, əlaqə
Qarabağda biznes qurmaq üçün 65 Qazaxıstan şirkəti müraciət edib
Bakıda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclası keçirilir
BAKI, 24 avqust — Sputnik. Qarabağ bölgəsi müxtəlif sahələrdə, o cümlədən turizm, kənd təsərrüfatı, energetika sahəsində zəngin potensiala malikdir. Bu günə qədər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) bu regionda biznes qurmaq istəyən şirkətlərdən 1100-dən çox müraciət daxil olub.
Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov avqustun 24-də Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclasında deyib.
O.Məmmədov qeyd edib ki, onların arasında 65-ə yaxın müraciət Qazaxıstan şirkətlərinə aiddir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin sədri Yusif Abdullayev Azərbaycanla Qazaxıstanı tarixi dostluq-qardaşlıq tellərinin bağladığını bildirib.
Yusif Abdullayev diqqətə çatdırıb ki, burada eyni soy-kök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir.
Y.Abdullayev vurğulayıb ki, İşgüzar Şuranın tərkibində 59 şirkət mövcuddur və bunlardan 35-i Azərbaycan şirkəti, 24-ü Qazaxıstan şirkətidir: "Ümidvarıq ki, gələcəkdə bu şirkətlərin sayı artacaq".
Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrindən danışıb.