https://sputnik.az/20220824/lacinin-tehvil-verilmesi-fonunda-yayilan-xeberler-sulh-sazisi-imzalanacaq-445340411.html
Laçının təhvil verilməsi fonunda yayılan xəbərlər: sülh sazişi imzalanacaq?
Laçının təhvil verilməsi fonunda yayılan xəbərlər: sülh sazişi imzalanacaq?
Sputnik Azərbaycan
Sərhədlərin delimitasiyası və demarkasiyası Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla yanaşı, həm də Laçın dəhlizi ilə bağlı məsələyə... 24.08.2022, Sputnik Azərbaycan
2022-08-24T21:10+0400
2022-08-24T21:10+0400
2022-08-24T21:10+0400
laçın
qarabağ
dəhliz
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/02/425359193_0:160:3073:1888_1920x0_80_0_0_2de41e1b11714da9f83b4ffac7e34d48.jpg
BAKI, 24 avqust — Sputnik. Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyalarının ikinci iclasının avqustun sonunda Moskvada keçirilməsi planlaşdırılır. Bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın mətbuat xidmətindən məlumat verilib.Qeyd edək ki, Ermənistan mətbuatı həm də Azərbaycan və Ermənistan liderləri arasında Rusiyanın vasitəçiliyilə keçiriləcək növbəti görüşün yeri və vaxtı barədə məlumat yayıb. Bildirilib ki, sözügedən görüşün avqustun 31-də Moskvada keçiriləcəyi gözlənilir. Xatırladaq ki, avqustun 19-da Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.Sputnik Azərbaycan son məlumatlarla bağlı politoloq İlyas Hüseynovun və millət vəkili Arzu Nağıyevin fikirlərini öyrənib.Politoloq İlyas Hüseynov bildirib ki, sərhədlərin delimitasiyası və demarkasiyası sülh prosesinin tərkib hissəsidir: "Bu proses Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla yanaşı, həm də Laçın dəhlizi ilə bağlı məsələyə aydınlıq gətirəcək. Bu həm də Zəngəzur dəhlizi ilə bağlı sərhəd məsələlərinin tənzimlənməsi ilə birbaşa əlaqəlidir".Politoloqun sözlərinə görə, Ermənistan baş nazirinin Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsinin təsis olunması ilə bağlı qərarında göstərilən yerlər Azərbaycanın baxış bucağı ilə uyğunluq təşkil etmir: "Ermənistan hansısa formada bu prosesdə iştirak etdiyini nümayiş etdirməyə çalışır. Biz Ermənistanın yekdil mövqeyinin olmamasını da görürük. Sərhədlərin müəyyənləşdirilməsi həm də sülh prosesinin tərkib hissəsidir. Sərhədlər müəyyənləşdirilsə, bütün problemlər aradan qaldırıla bilər".İlyas Hüseynov qeyd edib ki, Ermənistan tərəfi əsassız olaraq sərhədlər məsələsində Azərbaycanı ittiham edir: "Yalnız sülh və xalqların rifahına xidmət edəcək addımlar atmaqla uğura doğru getmək olar. Sülhü sabotaj etmək, prosesə maneələr yaratmaq gərginliyi daha da artırır. Ermənistan tərəfi bu məsələ ətrafında daha dərindən düşünməlidir".Politoloq Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşü ilə bağlı da mövqeyini ifadə edib. O deyib ki, belə bir görüş Brüsseldə keçirilə bilər: "Burada Laçın şəhəri ilə bağlı cərəyan edən məsələlər də önəm kəsb edir. Alternativ yolun çəkilməsi ilə Laçın şəhərinin Azərbaycana tam təhvil verilməsi yekunlaşacaq. Həmin ərazidəki Rusiya sülhməramlıları yeni yola dislokasiya olunacaq. Bu proseslərdən sonra ölkə rəhbərlərinin növbəti görüşü keçirilə bilər. Düşünürəm ki, Prezident İlham Əliyev həmin görüşdə yeni tələblərlə çıxış edəcək. Azərbaycan humanitar sahədə olan problemlərin aradan qaldırılmasında maraqlıdır. Eyni zamanda sülh gündəliyinə uyğun olaraq digər məsələlər – iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, sülh müqaviləsinin imzalanması və birgə yaşayışla bağlı ümumi konturların formalaşdırılması düşünürəm ki, həmin görüşdə müzakirə olunacaq".Millət vəkili Arzu Nağıyev bildirib ki, sülh sazişinin imzalanması üçün ən mühüm mərhələ sərhəd komissiyalarının görəcəyi işdir: "Sərhəd-keçid məntəqələrinin haradan keçəcəyi ilə bağlı Ermənistan tərəfi məlumatlar yayır. Düşünürəm ki, bütün bunlar razılaşdırılmalıdır. Buna görə də komissiyaların görüşməsinə ehtiyac var. İki dövlət arasında sərhədlər müəyyən olunduqdan sonra dövlət kimi bir-birinin ərazi bütövlüyünü tanımaqdan söhbət gedir"."İki ölkə rəsmilərinin son görüşləri də birmənalı olaraq, Zəngəzur dəhlizi, Qarabağ, eyni zamanda Laçın şəhəri və ətrafındakı kəndlərin təhvil verilməsi prosesi ilə bağlıdır", – deyə millət vəkili vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/02/425359193_170:0:2901:2048_1920x0_80_0_0_6c8bc82f7ccd09fc303204cf23c4f48c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
laçın, dəhliz
Laçının təhvil verilməsi fonunda yayılan xəbərlər: sülh sazişi imzalanacaq?
Sərhədlərin delimitasiyası və demarkasiyası Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla yanaşı, həm də Laçın dəhlizi ilə bağlı məsələyə aydınlıq gətirəcək.
BAKI, 24 avqust — Sputnik. Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyalarının ikinci iclasının avqustun sonunda Moskvada keçirilməsi planlaşdırılır. Bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Ermənistan mətbuatı həm də Azərbaycan və Ermənistan liderləri arasında Rusiyanın vasitəçiliyilə keçiriləcək növbəti görüşün yeri və vaxtı barədə məlumat yayıb. Bildirilib ki, sözügedən görüşün avqustun 31-də Moskvada keçiriləcəyi gözlənilir. Xatırladaq ki, avqustun 19-da Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Sputnik Azərbaycan son məlumatlarla bağlı politoloq İlyas Hüseynovun və millət vəkili Arzu Nağıyevin fikirlərini öyrənib.
Politoloq İlyas Hüseynov bildirib ki, sərhədlərin delimitasiyası və demarkasiyası sülh prosesinin tərkib hissəsidir: "Bu proses Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla yanaşı, həm də Laçın dəhlizi ilə bağlı məsələyə aydınlıq gətirəcək. Bu həm də Zəngəzur dəhlizi ilə bağlı sərhəd məsələlərinin tənzimlənməsi ilə birbaşa əlaqəlidir".
Politoloqun sözlərinə görə, Ermənistan baş nazirinin Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsinin təsis olunması ilə bağlı qərarında göstərilən yerlər Azərbaycanın baxış bucağı ilə uyğunluq təşkil etmir: "Ermənistan hansısa formada bu prosesdə iştirak etdiyini nümayiş etdirməyə çalışır. Biz Ermənistanın yekdil mövqeyinin olmamasını da görürük. Sərhədlərin müəyyənləşdirilməsi həm də sülh prosesinin tərkib hissəsidir. Sərhədlər müəyyənləşdirilsə, bütün problemlər aradan qaldırıla bilər".
İlyas Hüseynov qeyd edib ki, Ermənistan tərəfi əsassız olaraq sərhədlər məsələsində Azərbaycanı ittiham edir: "Yalnız sülh və xalqların rifahına xidmət edəcək addımlar atmaqla uğura doğru getmək olar. Sülhü sabotaj etmək, prosesə maneələr yaratmaq gərginliyi daha da artırır. Ermənistan tərəfi bu məsələ ətrafında daha dərindən düşünməlidir".
Politoloq Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşü ilə bağlı da mövqeyini ifadə edib. O deyib ki, belə bir görüş Brüsseldə keçirilə bilər: "Burada Laçın şəhəri ilə bağlı cərəyan edən məsələlər də önəm kəsb edir. Alternativ yolun çəkilməsi ilə Laçın şəhərinin Azərbaycana tam təhvil verilməsi yekunlaşacaq. Həmin ərazidəki Rusiya sülhməramlıları yeni yola dislokasiya olunacaq. Bu proseslərdən sonra ölkə rəhbərlərinin növbəti görüşü keçirilə bilər. Düşünürəm ki, Prezident İlham Əliyev həmin görüşdə yeni tələblərlə çıxış edəcək. Azərbaycan humanitar sahədə olan problemlərin aradan qaldırılmasında maraqlıdır. Eyni zamanda sülh gündəliyinə uyğun olaraq digər məsələlər – iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, sülh müqaviləsinin imzalanması və birgə yaşayışla bağlı ümumi konturların formalaşdırılması düşünürəm ki, həmin görüşdə müzakirə olunacaq".
Millət vəkili Arzu Nağıyev bildirib ki, sülh sazişinin imzalanması üçün ən mühüm mərhələ sərhəd komissiyalarının görəcəyi işdir: "Sərhəd-keçid məntəqələrinin haradan keçəcəyi ilə bağlı Ermənistan tərəfi məlumatlar yayır. Düşünürəm ki, bütün bunlar razılaşdırılmalıdır. Buna görə də komissiyaların görüşməsinə ehtiyac var. İki dövlət arasında sərhədlər müəyyən olunduqdan sonra dövlət kimi bir-birinin ərazi bütövlüyünü tanımaqdan söhbət gedir".
"İki ölkə rəsmilərinin son görüşləri də birmənalı olaraq, Zəngəzur dəhlizi, Qarabağ, eyni zamanda Laçın şəhəri və ətrafındakı kəndlərin təhvil verilməsi prosesi ilə bağlıdır", – deyə millət vəkili vurğulayıb.