Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: "ABŞ-la dialoq heç vaxt dayanmayıb"

© Sputnik / Виталий БелоусовRusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Abunə olmaq
Rusiya XİN-in rəsmisi bildirib ki, Rusiya Strateji Hücum Silahları haqqında Müqavilənin müddəalarının həyata keçirilməsinə tam sadiqdir, lakin yeni sənəd üzərində işə başlamaq lazımdır.
BAKI, 23 avqust — Sputnik. Rusiya Birləşmiş Ştatlarla dialoqa sadiqdir və diplomatik əlaqə kanallarını saxlayır ki, bu da digər məsələlərlə yanaşı, ölkələr arasında yeni mümkün Strateji Hücum Silahları Müqaviləsinin bağlanmasına dair razılaşmaların əldə edilməsi üçün zəruridir. Bu sözləri "RT Arabic"ə müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Dialoq (ABŞ ilə) heç vaxt dayanmayıb, biz onu davamlı şəkildə aparırıq. Biz səfirliklərimiz səviyyəsində və təbii ki, telefon əlaqəsi vasitəsilə təmaslara sadiqik", - Ryabkov bildirib.
Ryabkovun sözlərinə görə, Rusiya Strateji Hücum Silahları haqqında Müqavilənin müddəalarının həyata keçirilməsinə tam sadiqdir, lakin yeni sənəd üzərində işə başlamaq və bu məsələdə ABŞ-la əməkdaşlığa nail olmaq lazımdır.
Bundan əvvəl Ağ Ev Moskva ilə müqavilə bağlamaq imkanlarının mümkün olduğunu açıqlamışdı. Bununla belə, Rusiya Xarici İşlər Nazirliyi hazırda Rusiya ilə ABŞ arasında bu məsələ ilə bağlı ciddi danışıqların və məsləhətləşmələrin aparılmadığını bildirib.
Əgər yeni müqavilə imzalansa, bu, hər iki dövlət tərəfindən strateji hücum silahlarının ardıcıl azaldılmasını nəzərdə tutan dördüncü belə Rusiya-ABŞ sənədi olacaq.
Xəbər lenti
0