https://sputnik.az/20220823/rusiya-mn-ukraynanin-son-sutkadaki-itkilerini-aciqladi-445297413.html
Rusiya MN Ukraynanın son sutkadakı itkilərini açıqladı
Rusiya MN Ukraynanın son sutkadakı itkilərini açıqladı
Sputnik Azərbaycan
Ukraynaya məxsus pilotsuz təyyarələr Xarkov vilayətinin "Kapitolovka, Koçubeevka, Malye Proxodı, Balakliya və "Donetsk Xalq Respublikası"nın (DXR) Şiroki... 23.08.2022, Sputnik Azərbaycan
2022-08-23T15:59+0400
2022-08-23T15:59+0400
2022-08-23T15:59+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
rusiya müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1c/440532277_0:320:3072:2048_1920x0_80_0_0_0ec8eabcdc6e41deb25f925d6fa2f0ef.jpg
BAKI, 23 avqust — Sputnik. Rusiya Silahlı Qüvvələri (SQ) Ukraynanın Dnepropetrovsk vilayətinin Marqanets bölgəsində ABŞ-a məxsus iki M777 haubitsasını məhv edib.Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib."Əks-batareya döyüşü zamanı Razdolivka və Opıtnoe yaşayış məntəqələri ərazilərində Ukraynanın üç "Qrad" reaktiv yaylım atəş sistemi taqımı, Petrovskoye yaşayış məntəqələrindəki atəş mövqelərində dörd D-30 haubitsa taqımı məhv edilib. Novomixaylovka qəsəbəsi ərazisində ağır itkilər nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 66-cı mexanikləşdirilmiş briqadasının 2-ci mexanikləşdirilmiş batalyonu döyüş qabiliyyətini itirib. Bölmənin hərbçiləri mövqelərini tərk edərək naməlum istiqamətdə hərəkət ediblər", - deyə o bildirib.Rusiya Silahlı Qüvvələri Komsomolskoye kəndini azad edə bilib.Konaşenkovun sözlərinə görə, hazırda Maryinkanın azad edilməsi başa çatmaq üzrədir: "Bundan əlavə, Avdeevka bölgəsində bir qrup Ukrayna hərbçisinin mühasirəyə alınması üçün əməliyyat icra olunur. Həmçinin, hazırda Kodema kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin elit bölməsi üç tərəfdən mühasirəyə alınıb".Rusiya hava hücumundan müdafiə sistemləri son sutka ərzində Ukraynaya məxsus Su-27 qırıcısını, həmçinin altı pilotsuz uçuş aparatını vurub.Nazirlikdən bildirilib ki, Ukraynaya məxsus pilotsuz təyyarələr Xarkov vilayətinin "Kapitolovka, Koçubeevka, Malye Proxodı, Balakliya və "Donetsk Xalq Respublikası"nın (DXR) Şiroki yaşayış məntəqələri ərazilərində vurulub.Hərbi idarə həmçinin bəyan edib ki, son sutka ərzində Rusiya hava hücumundan müdafiə sistemi Xarkov vilayətinin Vernopolye, həmçinin Xerson bölgəsinin Daryevka, Antonovka və Çernobaevka rayonlarında Ukraynanın reaktiv yaylım atəş sisteminin on beş raketini ələ keçirib.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1c/440532277_240:0:2971:2048_1920x0_80_0_0_015a29f7d10e9126c895a92f2201dd66.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna, rusiya, rusiya müdafiə nazirliyi
ukrayna, rusiya, rusiya müdafiə nazirliyi
Rusiya MN Ukraynanın son sutkadakı itkilərini açıqladı
Ukraynaya məxsus pilotsuz təyyarələr Xarkov vilayətinin "Kapitolovka, Koçubeevka, Malye Proxodı, Balakliya və "Donetsk Xalq Respublikası"nın (DXR) Şiroki yaşayış məntəqələri ərazilərində vurulub.
BAKI, 23 avqust — Sputnik. Rusiya Silahlı Qüvvələri (SQ) Ukraynanın Dnepropetrovsk vilayətinin Marqanets bölgəsində ABŞ-a məxsus iki M777 haubitsasını məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.
"Əks-batareya döyüşü zamanı Razdolivka və Opıtnoe yaşayış məntəqələri ərazilərində Ukraynanın üç "Qrad" reaktiv yaylım atəş sistemi taqımı, Petrovskoye yaşayış məntəqələrindəki atəş mövqelərində dörd D-30 haubitsa taqımı məhv edilib. Novomixaylovka qəsəbəsi ərazisində ağır itkilər nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 66-cı mexanikləşdirilmiş briqadasının 2-ci mexanikləşdirilmiş batalyonu döyüş qabiliyyətini itirib. Bölmənin hərbçiləri mövqelərini tərk edərək naməlum istiqamətdə hərəkət ediblər", - deyə o bildirib.
Rusiya Silahlı Qüvvələri Komsomolskoye kəndini azad edə bilib.
Konaşenkovun sözlərinə görə, hazırda Maryinkanın azad edilməsi başa çatmaq üzrədir: "Bundan əlavə, Avdeevka bölgəsində bir qrup Ukrayna hərbçisinin mühasirəyə alınması üçün əməliyyat icra olunur. Həmçinin, hazırda Kodema kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin elit bölməsi üç tərəfdən mühasirəyə alınıb".
Rusiya hava hücumundan müdafiə sistemləri son sutka ərzində Ukraynaya məxsus Su-27 qırıcısını, həmçinin altı pilotsuz uçuş aparatını vurub.
Nazirlikdən bildirilib ki, Ukraynaya məxsus pilotsuz təyyarələr Xarkov vilayətinin "Kapitolovka, Koçubeevka, Malye Proxodı, Balakliya və "Donetsk Xalq Respublikası"nın (DXR) Şiroki yaşayış məntəqələri ərazilərində vurulub.
Hərbi idarə həmçinin bəyan edib ki, son sutka ərzində Rusiya hava hücumundan müdafiə sistemi Xarkov vilayətinin Vernopolye, həmçinin Xerson bölgəsinin Daryevka, Antonovka və Çernobaevka rayonlarında Ukraynanın reaktiv yaylım atəş sisteminin on beş raketini ələ keçirib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.