Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Darya Duqina qapalı mərasimlə dəfn edilib

© Sputnik / Александр Кряжев / Mediabanka keçidDarya Duqina
Darya Duqina - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Abunə olmaq
Dəfn mərasimindən öncə Ostankino telemərkəzində Duqina ilə vida mərasimi keçirilib.
BAKI, 23 avqust - Sputnik. Rusiyalı jurnalist və politoloq Darya Duqina Moskva vilayətində dəfn edilib. Dəfn mərasimi qapalı keçirilib. Mərasimdə yalnız mərhumun doğma və yaxınları iştirak edib. Həmin zaman qəbiristanlığın ərazisi kənar şəxslər üçün bağlı olub.
Dəfn mərasimindən öncə Ostankino telemərkəzində Duqina ilə vida mərasimi keçirilib. Mərasimdə Rusiyanın dövlət nümayəndələri, deputatlar və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil avqustun 20-də axşam saatlarında Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində hərəkətdə olarkən yanıb. İstintaqın məlumatına görə, avtomobildə məsafədən idarə olunan partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayış baş verib.
Darya Duqina necə öldürülüb?
Bazar günü gecə Moskva vilayətində filosof Aleksandr Duqinin qızı Dariyanın getdiyi avtomobil partlayıb.
Avqustun 20-də saat 21:30 radələrində Bolşie Vyazemi kəndi yaxınlığında Mojayskoye şossesində "Land Cruiser Prado" markalı avtomobildə partlayış baş verib. İdarəetməni itirən avtomobil yol kənarına çıxaraq alovlanıb. Hadisə şahidləri tərəfindən çağırılan yanğınsöndürənlər gələnə qədər bütün avtomobil alova bürünüb.
Maşın söndürüldükdən sonra içəridən şəxsiyyəti hələlik müəyyən edilməyən ağır dərəcədə yanmış meyit tapılıb. Lakin artıq Duqinin tanışları qızının vəfatı ilə bağlı ona başsağlığı veriblər. Bundan başqa, filosof faciə yerinə gəlib və gördüklərindən "şoka düşüb".
Bir gün əvvəl Aleksandr Duqin və qızı Daria Prezidentin Mədəniyyət Təşəbbüsləri Fondu, Moskva vilayətinin Mədəniyyət və Turizm Nazirliyi və Odintsovo Administrasiyasının dəstəyi ilə keçirilən "Ənənə" vətənpərvərlik festivalında iştirak ediblər.
İstintaq orqanları artıq ümumi təhlükəli şəkildə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "e" bəndi) qızın öldürülməsi faktı ilə bağlı cinayət işi açıblar.
İstintaqın məlumatına görə, avqustun 20-də saat 21:00 radələrində Odintsovo rayonunda Bolşie Vyazemi kəndi yaxınlığında "Toyota Land Cruiser" markalı avtomobilə quraşdırılmış partlayıcı qurğu tam sürətlə işə düşüb, sonra isə avtomobil partlayaraq alovlanıb.
Hazırda Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin kriminal ekspertləri və müstəntiqləri Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İdarəsinin əməkdaşlarının və partlayıcı ekspertlərin iştirakı ilə hadisə yerində araşdırmaları davam etdirirlər.
Darya Duqinanının ölümündə Ukrayna millətçiləri günahlandırılır
Moskva vilayətinin prokurorluğu artıq Daria Duqinanın qətli ilə bağlı işi nəzarətə götürüb.
Rusiyada avtomobilin partladılmasında ukraynalı "millətçilər" günahkar bilinirlər. İstintaq ictimai xadim Aleksandr Duqinin qızı jurnalist Darya Duqinanın qətlinin əvvəlcədən planlaşdırılmış və sifarişli olduğunu hesab edir. Bu barədə İnterfaks-a Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.
Komitənin məlumatına görə, istintaq artıq müəyyən edib ki, Duqinanın avtomobilinin altına sürücü tərəfə partlayıcı qurğu qoyulub.
Onlar qeyd ediblər ki, "sonrakı operativ, hərtərəfli və obyektiv istintaqın aparılması üçün" Duqinanın qətli ilə bağlı cinayət işi Baş İstintaq İdarəsinə veriləcək.
"Hazırda müstəntiqlər Rusiya İstintaq Komitəsinin Məhkəmə Ekspertizası Baş İdarəsinin mütəxəssislərinin iştirakı ilə hadisə yerinə baxışı davam etdirirlər, o cümlədən partlayıcı maddə üzrə mütəxəssisin iştirakı ilə onlar yanmış avtomobilə baxış keçiriblər", - deyə Rusiya İstintaq Komitəsi məlumat verib.
"Avtomobilin videoçəkiliş götürülüb, cinayəti törədən şəxslərin və hadisənin digər şahidlərinin müəyyən edilməsi üçün əməliyyat başlayıb", - deyə Rusiya İK qeyd edib.
Duqinanın avtomobili avqustun 20-də gecə Moskva vilayətinin Bolşiye Vyazemi kəndi yaxınlığında partladılıb. Duqina hadisə yerindəcə keçinib. Faktla bağlı cinayət işi başlanıb.
Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 22.08.2022
RUSİYA
Putin Duqinanın ailəsinə başsağlığı verib
Xəbər lenti
0