Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda ən çox bu prospektdə qəza baş verir

© pixabay / Marcel LangthimQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Abunə olmaq
Vətəndaşlardan xahiş edilir ki, həm öz həyat və sağlamlıqlarını qorumaq üçün, həm də yollarda fasiləsiz və rahat hərəkətin təmin olunması üçün yol hərəkəti qaydalarına ciddi əməl etsinlər.
BAKI, 23 avqust — Sputnik. Bakıda ən çox yol-nəqliyyat hadisələrinin baş verdiyi prospekt açıqlanıb
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sosial şəbəkə hesabında məlumat yayılıb.
Məlumatda qeyd olunub ki, ağır yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları ilk sıralardadır. İnsan həyatının təhlükəsizliyi baxımından önəmli olan qəzalar həmçinin sıxlıq və tıxacların yaranmasına səbəb olur.
Şəhərdə ən çox istifadə edilən yollardan biri Ziya Bünyadov prospektidir. Gün ərzində təxminən 200000-ə yaxın nəqliyyat vasitəsi bu yoldan istifadə edir. Aparılan müşahidələrə əsasən hər həftə Ziya Bünyadov prospektində orta hesabla 20-25 yol-nəqliyyat hadisəsi baş verir ki, bu da yolun həddən artıq yüklənməsinə, sıxlıq və ya tıxacın yaranmasına və beləliklə hərəkət iştirakçılarının zamanında mənzil başına çatmamasına gətirib çıxarır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlardan bir daha xahiş edir ki, həm öz həyat və sağlamlıqlarını qorumaq üçün, həm də yollarda fasiləsiz və rahat hərəkətin təmin olunması üçün yol hərəkəti qaydalarına ciddi əməl etsinlər və digər hərəkət iştirakçılarına qarşı nəzakətli davransınlar.
Xəbər lenti
0