Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Ukraynanın son sutkadakı itkilərini açıqladı

© Sputnik / РИА Новости / Mediabanka keçidUkrayna ordusunun vurulmuş texnikası
Ukrayna ordusunun vurulmuş texnikası - Sputnik Azərbaycan, 1920, 22.08.2022
Abunə olmaq
Rusiya Aerokosmik Qüvvələrinin Zaporojye vilayətinin Poltavka qəsəbəsi ərazisində yüksək dəqiqlikli silahı 102-ci ərazi müdafiə briqadasının komanda məntəqəsini vurub.
BAKI, 22 avqust — Sputnik. Rusiya silahlı qüvvələri "Donetsk Xalq Respublikası"nın Zaitsevo, Artemovsk, Yakovlevka ərazisində Ukrayna Silahlı Qüvvələrinin briqadalarının mövqelərinə zərbələr endirməklə 100-ə yaxın millətçini, iki tankı və 15 avtomobili məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat verib.
""Donetsk Xalq Respublikası"nın Zaitsevo vilayətində 72-ci mexanikləşdirilmiş briqadanın, Artemovsk vilayətində 112-ci ərazi müdafiə briqadasının və Yakovlevka rayonunda 101-ci ərazi müdafiə briqadasının mövqelərinə endirilmiş atəş zərbələri nəticəsində 100-ə yaxın millətçi, iki tank və 15 nəqliyyat vasitəsi məhv edilib", - o, Ukrayna ərazisində xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı brifinqdə deyib.
"Rusiya Aerokosmik Qüvvələrinin Zaporojye vilayətinin Poltavka qəsəbəsi ərazisində yüksək dəqiqlikli silahı 102-ci ərazi müdafiə briqadasının komanda məntəqəsini vurub. 30-a qədər millətçi məhv edilib və 14 hərbi texnika vurulub", - deyə o bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0