https://sputnik.az/20220822/putin-rusiya-oz-maraqlarina-cavab-veren-siyaset-aparacaq-445251658.html
Putin: Rusiya öz maraqlarına cavab verən siyasət aparacaq
Putin: Rusiya öz maraqlarına cavab verən siyasət aparacaq
Sputnik Azərbaycan
Rusiya prezidenti Dövlət Bayrağı Günü münasibətilə müraciət edib 22.08.2022, Sputnik Azərbaycan
2022-08-22T12:35+0400
2022-08-22T12:35+0400
2022-08-22T12:41+0400
rusiya
rusiya prezidenti vladimir putin
dövlət bayrağı günü
https://cdnn1.img.sputnik.az/img/07e6/04/19/441419579_0:0:3398:1912_1920x0_80_0_0_74277ac127b0e016542875f547286d8f.jpg
BAKI, 22 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Dövlət bayrağı günü münasibətilə müraciətində bildirib ki, Rusiya dünya miqyasında yalnız öz fundamental maraqlarına cavab verən siyasət yürüdəcək. Bunu Kremlin saytı xəbər verir."Rusiya qüdrətli, müstəqil dünya dövlətidir. Biz beynəlxalq arenada yalnız Vətənin fundamental maraqlarına cavab verən siyasət yürütməkdə qətiyyətliyik", - deyə Putin bildirib.O qeyd edib ki, Rusiyanın ilk hərbi gəmisində üç əsrdən çox əvvəl qaldırılmış Rusiya bayrağı onun tarixinin mürəkkəb dövrlərində — Böyük Pyotrun dövründə Rusiya imperiyasının təşəkkülü mərhələsində, Birinci Dünya müharibəsinin döyüş meydanlarında və "1990-cı illərin köklü dəyişikliklərinin ziddiyyətli, çətin dövründə" ölkənin simvolu olaraq qalıb."Dövlət bayrağı bizim heç vaxt dönməyəcəyimiz ənənəvi dəyərlərimizə - Vətənimizi qorumağı və müdafiə etməyi, xarici diktata və hegemonluğa heç vaxt yol verməməyi vəsiyyət etmiş əcdadlarımızın bizə miras qoyduqları həqiqətə və ədalətə, həmrəylik və mərhəmətə, Rusiyanın çoxəsrlik, fasiləsiz tarixinə, nailiyyət və qələbələrinə ehtiramı ifadə edir", - deyə prezident vurğulayıb.O, belə nəticəyə gəlib ki, öz iradəsinə uyğun yaşamaq, müstəqil olaraq öz yolunu seçmək və bu yolla getmək istəyi Rusiya xalqının genetik kodunun bir hissəsinə çevrilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/19/441419579_478:0:3209:2048_1920x0_80_0_0_e4584f406d5c4ff41283c6be228b9c92.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya prezidenti vladimir putin, dövlət bayrağı günü
rusiya prezidenti vladimir putin, dövlət bayrağı günü
Putin: Rusiya öz maraqlarına cavab verən siyasət aparacaq
12:35 22.08.2022 (Yenilənib: 12:41 22.08.2022) Rusiya prezidenti Dövlət Bayrağı Günü münasibətilə müraciət edib
BAKI, 22 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Dövlət bayrağı günü münasibətilə müraciətində bildirib ki, Rusiya dünya miqyasında yalnız öz fundamental maraqlarına cavab verən siyasət yürüdəcək. Bunu Kremlin saytı xəbər verir.
"Rusiya qüdrətli, müstəqil dünya dövlətidir. Biz beynəlxalq arenada yalnız Vətənin fundamental maraqlarına cavab verən siyasət yürütməkdə qətiyyətliyik", - deyə Putin bildirib.
O qeyd edib ki, Rusiyanın ilk hərbi gəmisində üç əsrdən çox əvvəl qaldırılmış Rusiya bayrağı onun tarixinin mürəkkəb dövrlərində — Böyük Pyotrun dövründə Rusiya imperiyasının təşəkkülü mərhələsində, Birinci Dünya müharibəsinin döyüş meydanlarında və "1990-cı illərin köklü dəyişikliklərinin ziddiyyətli, çətin dövründə" ölkənin simvolu olaraq qalıb.
"Dövlət bayrağı bizim heç vaxt dönməyəcəyimiz ənənəvi dəyərlərimizə - Vətənimizi qorumağı və müdafiə etməyi, xarici diktata və hegemonluğa heç vaxt yol verməməyi vəsiyyət etmiş əcdadlarımızın bizə miras qoyduqları həqiqətə və ədalətə, həmrəylik və mərhəmətə, Rusiyanın çoxəsrlik, fasiləsiz tarixinə, nailiyyət və qələbələrinə ehtiramı ifadə edir", - deyə prezident vurğulayıb.
O, belə nəticəyə gəlib ki, öz iradəsinə uyğun yaşamaq, müstəqil olaraq öz yolunu seçmək və bu yolla getmək istəyi Rusiya xalqının genetik kodunun bir hissəsinə çevrilib.