Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Patruşev: "Bu problemlər həll edilməsə, terrorizmlə mübarizə nəticə verməyəcək"

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidNikolay Patruşev
Nikolay Patruşev - Sputnik Azərbaycan, 1920, 22.08.2022
Abunə olmaq
Rusiya Təhlükəsizlik Şurasının katibi xatırladıb ki, hazırda bu sahədə təhlükənin miqyasının artması fonunda Rusiya ilə ASEAN arasında işlər davam edir.
BAKI, 22 avqust — Sputnik. Transmilli cinayət və narkotik vasitələrin qanunsuz dövriyyəsi problemi həll edilmədən terrorizmlə mübarizə nəticə verməyəcək. Bunu Rusiya və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək nümayəndələrinin məsləhətləşmələrində çıxış edən Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev deyib.
"Transmilli cinayət və narkotiklərin qanunsuz dövriyyəsi ilə düzgün mübarizə aparılmadan terror probleminin həllinə ümid etmək olmaz. Bu baxımdan dialoqumuz çərçivəsində çoxşaxəli praktiki əməkdaşlığın qurulması xüsusilə vacibdir", - Patruşev bildirib.
Rusiya Təhlükəsizlik Şurasının katibi xatırladıb ki, hazırda bu sahədə təhlükənin miqyasının artması fonunda Rusiya ilə ASEAN arasında terrorizmə qarşı mübarizədə əməkdaşlıq üzrə işçi qrupunun əlaqələndirilməsi və 2022-2025-ci illər üçün cinayətlə mübarizə istiqamətində işlər davam edir. Patruşev bu prosesə təkan verilməsinin və terrorizmlə mübarizə üzrə Rusiya ilə ASEAN-ın birgə işçi qrupunun potensialından istifadə edilməsinin tərəfdarı olduğunu bildirib.
"Biz Yaxın Şərqdə fəaliyyət göstərən beynəlxalq terror təşkilatlarının silahlılarının Cənub-Şərqi Asiyaya qayıtmasını, eləcə də ən müasir texnologiyalardan istifadə etməklə kütlələr arasında öz ideyalarını yayan radikal islamçıların İndoneziya, Malayziya, Sinqapur və Filippində mövqelərinin güclənməsini qeydə alırıq", - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi artan təhdidlərlə bağlı danışarkən qeyd edib.
"Regionda transmilli cinayətkarlıq və miqrasiya ilə bağlı problemləri nəzərə alaraq, biz ASEAN-a üzv dövlətlərin hüquq-mühafizə orqanlarının kadr potensialının gücləndirilməsinə bundan sonra da töhfə vermək niyyətindəyik", - deyə o, əminliklə vurğulayıb.
Patruşev onu da xatırladıb ki, son illərdə nümayiş etdirilən "onluq" marağı ilə əlaqədar Rusiya Daxili İşlər Nazirliyinin və FTB-nin assosiasiyadan olan tərəfdaşlar üçün illik kurslarında tələbələrin sayı artıb. "Biz ASEANAPOOL vasitəsilə qarşılıqlı fəaliyyətin davam etdirilməsinə və praktiki əməkdaşlığın inkişafına ümid edirik", - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi yekunlaşdırıb.
Xəbər lenti
0