Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada ağır yol qəzası olub, çox sayda Qazaxıstan vətəndaşı ölüb

© pixabay / RepublicaMikroavtobus qəzası
Mikroavtobus qəzası - Sputnik Azərbaycan, 1920, 21.08.2022
Abunə olmaq
Ağır yük maşınının sürücüsü qarşıdan gələn zolağa çıxaraq mikroavtobusla toqquşub, azı 16 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.
BAKI, 21 avqust - Sputnik. Rusiyanın Ulyanovsk vilayətində mikroavtobusun qəzaya uğraması nəticəsində azı 16 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.
Bu barədə Ulyanovsk vilayətinin fövqəladə hallar xidmətindəki mənbə məlumat verib.
Məlumata görə, hadisə vilayətin Nikolayevsk rayonunda, M-5 Ural avtomobil yolunun 809-cu km-də qeydə alınıb.
Daxili İşlər Nazirliyinin regional idarəsindən verilən məlumata görə, ağır yük maşınının sürücüsü qarşıdan gələn zolağa çıxaraq mikroavtobusla toqquşub.
İlkin məlumata görə, Ulyanovsk vilayətində qəzaya uğrayan mikroavtobusda Qazaxıstan vətəndaşları olub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir və hadisənin səbəbləri araşdırılır.
Xəbər lenti
0