Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Dövlət Duması Darya Duqinanın öldürülməsinə reaksiya verdi

© Sputnik / Maksim Blinov / Mediabanka keçidЗдание Государственной Думы России, фото из архива
Здание Государственной Думы России, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.08.2022
Abunə olmaq
Dövlət Dumasının vitse-spikerinin fikrincə, Duqinanın qətli sərt və qəti cavab tələb edir.
BAKI, 21 avqust – Sputnik. Rusiyalı ictimai xadim və filosof Aleksandr Duqinin qızı, 30 yaşlı Darya Duqinanın ölümü dəhşətli cinayətdir. Bunu Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy deyib. O, Telegram kanalında qeyd edib ki, onun qətli cəzasız qalmamalıdır.
"Moskvada dəhşətli cinayət. Darya Duqin öldürüldü. Onu tanıyırdım. Savadlı, enerjili, yüksək intellektli, aydın vətəndaş mövqeyi olan qız. Bu cinayət cəzasız qalmamalıdır, bu, 90-cı illərdəki kimi oliqarxlar bir-biri ilə toqquşması deyil, bu, hamımız üçün bir çağırışdır", - deyə Tolstoy yazıb.
Dövlət Dumasının vitse-spikerinin fikrincə, Duqinanın qətli sərt və qəti cavab tələb edir. O, həmçinin qeyd edib ki, atasına dərin hüznlə başsağlığı verir.
Duqinanın ölümü ilə bağlı məlumat avqustun 20-də axşam saatlarında yayılıb. İlkin məlumata görə, Aleksandr Duqinin qızı avtomobilinin partlaması nəticəsində ölüb. Bir sıra KİV və siyasi xadimlər hadisənin arxasında "ukraynalı terrorçuların" ola biləcəyini, qətlin özünün isə Duqinanın atasının fəaliyyəti ilə bağlı olduğunu istisna etməyib.
Bundan əvvəl jurnalist və ictimai xadim Duqinanın avtomobilinə partlayıcı qurğunun sürücü tərəfində olan avtomobilin dibinin altına qoyulduğu bildirilirdi.
Журналистка, политолог Дарья Платонова (Дугина) в студии радио Sputnik на Петербургском международном экономическом форуме - 2022. - Sputnik Azərbaycan, 1920, 21.08.2022
RUSİYA
Rusiya İstintaq Komitəsi Duqinanın ölümü ilə bağlı məlumat yaydı
Xəbər lenti
0