Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN öz hərbçilərin qarşı kimyəvi maddələrdən istifadə olunduğunu bildirib

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiya Müdafiə Nazirliyinin binası. Arxiv şəkli
Rusiya Müdafiə Nazirliyinin binası. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.08.2022
Abunə olmaq
İyulun 31-də Zaporojye vilayətinin Vasilyevka qəsəbəsi ərazisində tapşırıqları yerinə yetirən rusiyalı hərbçilər ağır zəhərlənmə əlamətləri ilə hərbi hospitala çatdırılıblar.
BAKI, 20 avqust - Sputnik. Rusiya Müdafiə Nazirliyi bildirib ki, Moskvanın əlində Ukrayna ordusunun Rusiya hərbçilərinə qarşı kimyəvi maddələrin istifadəsinə dair sübutlar var.
“Kiyev rejimi tərəfindən kimyəvi terrorizmə dair sübutlar yaxın vaxtlarda Rusiyanın daimi nümayəndəliyi vasitəsilə rəsmi olaraq KSQT-yə göndəriləcək”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 31-də Zaporojye vilayətinin Vasilyevka qəsəbəsi ərazisində tapşırıqları yerinə yetirən rusiyalı hərbçilər ağır zəhərlənmə əlamətləri ilə hərbi hospitala çatdırılıblar.
"Müayinə nəticəsində hərbi qulluqçuların orqanizmində zəhərli maddə, botulinum toksini "B" aşkar edilib. Zəhərlənmənin səbəblərini müəyyən etmək üçün Hərbi Tibb Baş Elmi-Tədqiqat və Sınaq İnstitutunun (Sankt-Peterbur şəhəri) mütəxəssisləri araşdırma aparıblar. Araşdırma birmənalı şəkildə süni mənşəli üzvi zəhərin - "B" tipli botulinum toksininin mövcudluğunu təsdiqlədi".
Hazırda Rusiya Federasiyası Zelenski rejimi tərəfindən sanksiyalaşdırılan kimyəvi terror faktı ilə bağlı aparılmış bütün analizlərin nəticələrini əks etdirən sənədləri hazırlayır”, - məlumatda deyilir.
“Donbassda və digər bölgələrdə hərbi məğlubiyyətlər fonunda Zelenski rejimi Rusiya hərbçilərinə və mülki şəxslərə qarşı kimyəvi zəhərlərdən istifadə etməklə terror aktlarına icazə verib”, - Rusiya Müdafiə Nazirliyi bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0