https://sputnik.az/20220820/bmt-rf-mehsullarinin-ixraci-ucun-maneeleri-aradan-qaldirmaga-calisir-445219356.html
BMT RF məhsullarının ixracı üçün maneələri aradan qaldırmağa çalışır - Quterreş
BMT RF məhsullarının ixracı üçün maneələri aradan qaldırmağa çalışır - Quterreş
Sputnik Azərbaycan
İyulun 22-də Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli... 20.08.2022, Sputnik Azərbaycan
2022-08-20T18:05+0400
2022-08-20T18:05+0400
2022-08-20T18:06+0400
antonio quterreş
bmt
ixrac
rf
məhsul
rusiya federasiyası
gübrə
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852060_0:445:2849:2048_1920x0_80_0_0_0b1b79c6b24998b5411760bc9a67383f.jpg
BAKI, 20 avqust - Sputnik. Birləşmiş Koordinasiya Mərkəzində çıxış edən Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş bildirib ki, BMT ABŞ və Aİ ilə sığorta, maliyyə və nəqliyyat sahəsində Rusiya ərzaq və gübrələrinin ixracına mane olan maneələri aradan qaldırmaq üçün işləyir."Sanksiyalar (Rusiya Federasiyasına qarşı - red.) qidaya və gübrəyə təsir etmir. Amma təbii ki, özəl şirkətlər təzyiqə məruz qalır, bir sıra maneələr və çətinliklər var ki, onları aradan qaldırmaq lazımdır. Bu problemlər daşımalar, sığorta və maliyyələşməyə aiddir", - deyə Quterreş bildirib. "Mən deyə bilərəm ki, biz ABŞ və Aİ ilə birgə səylə çalışırıq ki, bu maneələri aradan qaldıraq və bu, xüsusilə inkişaf etməkdə olan ölkələrdəki insanlar üçün son dərəcə vacib olan tədbirləri həyata keçirməyə imkan verəcək", - baş katib əlavə edib.İyulun 22-də İstanbulda Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
rf
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852060_170:0:2901:2048_1920x0_80_0_0_97801b29feca374067fa2982fa9fa18e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
antonio quterreş, bmt, ixrac, rf, məhsul, rusiya federasiyası, gübrə
antonio quterreş, bmt, ixrac, rf, məhsul, rusiya federasiyası, gübrə
BMT RF məhsullarının ixracı üçün maneələri aradan qaldırmağa çalışır - Quterreş
18:05 20.08.2022 (Yenilənib: 18:06 20.08.2022) İyulun 22-də Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb
BAKI, 20 avqust - Sputnik. Birləşmiş Koordinasiya Mərkəzində çıxış edən Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş bildirib ki, BMT ABŞ və Aİ ilə sığorta, maliyyə və nəqliyyat sahəsində Rusiya ərzaq və gübrələrinin ixracına mane olan maneələri aradan qaldırmaq üçün işləyir.
"Sanksiyalar (Rusiya Federasiyasına qarşı - red.) qidaya və gübrəyə təsir etmir. Amma təbii ki, özəl şirkətlər təzyiqə məruz qalır, bir sıra maneələr və çətinliklər var ki, onları aradan qaldırmaq lazımdır. Bu problemlər daşımalar, sığorta və maliyyələşməyə aiddir", - deyə Quterreş bildirib.
"Mən deyə bilərəm ki, biz ABŞ və Aİ ilə birgə səylə çalışırıq ki, bu maneələri aradan qaldıraq və bu, xüsusilə inkişaf etməkdə olan ölkələrdəki insanlar üçün son dərəcə vacib olan tədbirləri həyata keçirməyə imkan verəcək", - baş katib əlavə edib.
İyulun 22-də İstanbulda Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.