Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Balidə keçiriləcək G20 sammitinə getməyi planlaşdırır

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidПрезидент РФ В. Путин принял участие в открытии форума "Армия-2022"
Президент РФ В. Путин принял участие в открытии форума Армия-2022 - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
"Bloomberg"in yazdığına görə, Vladimir Putin və Si Tszinpin Balidə keçiriləcək G20 sammitində şəxsən iştirak edəcəklər.
BAKI, 19 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Tszinpin Balidə keçiriləcək G20 sammitində şəxsən iştirak etməyi planlaşdırırlar. Bu barədə "Bloomberg" agentliyi İndoneziya Prezidenti Coko Vidodonun sözlərinə istinadən məlumat yayıb.
"Si Tszinpin gəlir. Prezident Putin də mənə gələcəyini söyləyib", - deyə agentlik Vidododan sitat gətirib.
Xatırladaq ki, iyulun sonunda Rusiya liderinin köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putinin bu il noyabrın 15-dən 16-dək İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitində iştirak edəcəyini təsdiqləyib.
Yeri gəlmişkən, bu ərəfədə Ukrayna prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Rusiya Prezidenti Vladimir Putinin iştirak edəcəyi təqdirdə Ukrayna lideri Vladimir Zelenskinin G20 sammitinə gələ biləcəyini söyləmişdi.
Xəbər lenti
0