Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Dəmir Pərdə"nin təkrarlanmasını istəmirik - Rusiya XİN-dən açıqlama

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidRyabkov
Ryabkov - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, Rusiya özünü təmin edən ölkədir və yaranmış problemləri həll etmək üçün imkanlar tapa biləcək.
BAKI, 19 avqust — Sputnik. Rusiya "Dəmir Pərdə"nin təkrarlanmasını istəməz. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bir sıra Aİ ölkələri tərəfindən ruslar üçün vizaların mümkün ləğvini şərh edərkən deyib.
"Təbii ki, biz heç bir yeni "Dəmir Pərdə" istəməzdik. Paradoks ondan ibarətdir ki, onu hələ də bütün dünya üçün neoliberal düşüncə ideologiyasından başqa heç nə təsəvvür edə bilməyənlər endirir. Onlar dünyada öz qaydaları ilə yaşayan seqmentlər və elementlər istisna olmaqla qalanlarını inkar edirlər", - deyə o, "Rossiya-1" telekanalının efirində deyib.
Ryabkov vurğulayıb ki, Rusiya özünü təmin edən ölkədir və yaranmış problemləri həll etmək üçün imkanlar tapa biləcək.
"Əgər kimsə Rusiyanın hüdudlarından kənara qərb istiqamətində səyahət etməyin imtiyaz olduğuna inanırsa, qoy bu illüziyaya qapılsınlar. Düşünürəm ki, xalqımız bu cür imtiyazlar olmadan, müəyyən ərazilərə səfər etmək hüququ üçün belə etiketlər olmadan keçinə biləcəklər ", - o əlavə edib.
Xatırladaq ki, Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Anita Hipper bildirmişdi ki, Avropa İttifaqının (Aİ) viza kodu, xüsusən də Rusiya vətəndaşları üçün qısamüddətli vizaların verilməsini dayandırmağa imkan vermir. Onun sözlərinə görə, hər bir Aİ ölkəsi özü qərar qəbul edə bilər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna və Estoniya prezidentlərinin rusiyalı turistlərə viza verilməsinin məhdudlaşdırılması təşəbbüsünü şərh edərkən deyib ki, bu vəziyyət düşüncənin irrasionallıqdan kənara çıxmasını göstərir. Onun sözlərinə görə, rusiyalıları və ya Rusiyanı təcrid etmək cəhdləri perspektivi olmayan prosesdir.
Çin - Sputnik Azərbaycan, 1920, 18.08.2022
RUSİYA
Dünya əhalisinin 85%-i Rusiyaya qarşı sanksiyaları rədd edir
Xəbər lenti
0