Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda dünyaya gələn beşəmlərin son durumu necədir? FOTO

© pixabay / christianabellakörpə
körpə - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
Elmi-Tədqiqat Pediatriya İnstitutu beşəmlərin nazoqastral zond vasitəsilə ana südü ilə qidalandırıldığını açıqlayıb.
BAKI, 19 avqust — Sputnik. Bakıda dünyaya gələn beşəmlərin son vəziyyət açıqlanıb. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd edilib ki, avqustun 11-də doğulan beşəmlərin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicəsi davam edir:
"Beşəmlərin hər birinin vəziyyəti ağır stabildir, hər biri küvez rejimindədir, monitor nəzarətindədir. Nazoqastral zond vasitəsilə ana südü ilə qidalandırılırlar.
Hazırda I-II-III taylar binazal zond vasitəsilə nəmlənmiş oksigen alır, IV-V taylar ekstubasiya olunub "CPAP" rejimində respirator tənəffüs dəstəyi alırlar, III-IV-V taylara fototerapiya aparılır. Hal-hazırda vəziyyətlərində müsbət dinamika izlənilir".
Qeyd edək ki, dörd gün öncə TƏBİB beşəmlərdən üçünün vəziyyətinin kritik ağır olduğunu açıqlamışdı.
Körpələr - 1260, 1020, 1030, 1300, 1180 qram olmaqla doğulublar. Qeyd edək ki, 11.08.2022-ci il tarixində Bakı şəhərində, özəl klinikalardan birində ana M.G. tərəfindən hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlmiş, onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülmüşdülər.
Xəbər lenti
0