Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Alim Qasımovun evindən oğurluq edən kürəkəni Ali Məhkəməyə müraciət edib

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidAlim Qasımov
Alim Qasımov - Sputnik Azərbaycan, 1920, 19.08.2022
Abunə olmaq
Alim Qasımovun kürəkəni şikayət ərizəsində qüvvədə olan qərarın dəyişdirilərək daha yüngül cəza ilə əvəz olunmasını xahiş edib.
BAKI, 19 avqust — Sputnik. Xalq artisti Alim Qasımovun evindən oğurluq edən kürəkəni Elnur Mövlamov barəsindəki məhkəmə qərarından narazıdır. Məhkum Elnur Mövlamov Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.
Şikayət ərizəsində qüvvədə olan qərarın dəyişdirilərək daha yüngül cəza ilə əvəz olunması xahiş olunub.
Şikayət ərizəsi Ali Məhkəməyə təqdim edilib.
Xatırladaq ki, ötən il Elnur Mövlamov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunub.
İş üzrə zərərçəkmiş qismində Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova tanınıb. O, məhkəmədə 51621 manat təşkil edən dəymiş ziyanın ödənilməsini tələb edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Mövlamov 9 il azadlıqdan məhrum olunub.
Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 8 ilə endirib.
Qeyd edək ki, Elnur Mövlamov Xalq artisti Alim Qasımovun qızı Əməkdar artist Fərqanə Qasımovanın həyat yoldaşıdır.
Xəbər lenti
0