https://sputnik.az/20220818/nikolay-patrusev-ozbekistana-niye-gedib--445156676.html
Nikolay Patruşev Özbəkistana niyə gedib?
Nikolay Patruşev Özbəkistana niyə gedib?
Sputnik Azərbaycan
RF Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti bildirib ki, avqustun 19-da keçiriləcək iclasda ŞƏT məkanında təhlükəsizlik və sabitlik sahəsində vəziyyətə... 18.08.2022, Sputnik Azərbaycan
2022-08-18T18:01+0400
2022-08-18T18:01+0400
2022-08-18T18:01+0400
rusiya
özbəkistan
nikolay patruşev
https://cdnn1.img.sputnik.az/img/41211/72/412117280_0:0:3017:1697_1920x0_80_0_0_46268dedc0c06badd4b149534173cc8d.jpg
BAKI, 18 avqust — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev cümə axşamı Özbəkistana gəlib. Səfər zamanı o, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin XVII illik toplantısında iştirak edəcək.RF Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti bildirib ki, avqustun 19-da keçiriləcək iclasda ŞƏT məkanında təhlükəsizlik və sabitlik sahəsində vəziyyətə dair fikir mübadiləsi aparılacaq.Gündəlikdə həmçinin terrorizm, ekstremizm, narkotik və qanunsuz silah dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirə olunması dayanır.ŞƏT ölkələrinin Təhlükəsizlik Şuralarının katibləri sonuncu dəfə ötən ilin iyununda Düşənbədə görüşüblər. O zaman Patruşev çıxışında tarixin təhrif edilməsinə və faşizmi dirçəltmək cəhdlərinə qarşı birgə mübarizə aparmağa çağırmışdı. Həmçinin bəyan etmişdi ki, təşkilata üzv olan ölkələr Əfqanıstandan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha fəal mübarizə aparmalıdırlar. Bundan əlavə, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi ŞƏT məkanında tibbi və bioloji təhlükəsizliyin təmin edilməsinin ciddi çağırışlar olduğunu bildirmişdi.2001-ci ildə yaradılmış ŞƏT-ə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan üzvdür. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41211/72/412117280_165:0:2896:2048_1920x0_80_0_0_3ea36debc7304e70553a1bb6deb66b85.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
özbəkistan, nikolay patruşev
özbəkistan, nikolay patruşev
Nikolay Patruşev Özbəkistana niyə gedib?
RF Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti bildirib ki, avqustun 19-da keçiriləcək iclasda ŞƏT məkanında təhlükəsizlik və sabitlik sahəsində vəziyyətə dair fikir mübadiləsi aparılacaq.
BAKI, 18 avqust — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev cümə axşamı Özbəkistana gəlib. Səfər zamanı o, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin XVII illik toplantısında iştirak edəcək.
RF Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti bildirib ki, avqustun 19-da keçiriləcək iclasda ŞƏT məkanında təhlükəsizlik və sabitlik sahəsində vəziyyətə dair fikir mübadiləsi aparılacaq.
Gündəlikdə həmçinin terrorizm, ekstremizm, narkotik və qanunsuz silah dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirə olunması dayanır.
ŞƏT ölkələrinin Təhlükəsizlik Şuralarının katibləri sonuncu dəfə ötən ilin iyununda Düşənbədə görüşüblər. O zaman Patruşev çıxışında tarixin təhrif edilməsinə və faşizmi dirçəltmək cəhdlərinə qarşı birgə mübarizə aparmağa çağırmışdı. Həmçinin bəyan etmişdi ki, təşkilata üzv olan ölkələr Əfqanıstandan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha fəal mübarizə aparmalıdırlar. Bundan əlavə, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi ŞƏT məkanında tibbi və bioloji təhlükəsizliyin təmin edilməsinin ciddi çağırışlar olduğunu bildirmişdi.
2001-ci ildə yaradılmış ŞƏT-ə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan üzvdür. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.