https://sputnik.az/20220818/alti-avropa-olkesi-kiyeve-verdiyi-herbi-vedlerden-imtina-edib-445167753.html
Altı Avropa ölkəsi Kiyevə verdiyi hərbi vədlərdən imtina edib
Altı Avropa ölkəsi Kiyevə verdiyi hərbi vədlərdən imtina edib
Sputnik Azərbaycan
Kiel İnstitutunun tədqiqat direktoru Kristof Trebeş bildirib ki, Avropanın Ukraynaya hərbi yardımla bağlı öhdəliklərində aprelin sonlarından etibarən azalma... 18.08.2022, Sputnik Azərbaycan
2022-08-18T22:33+0400
2022-08-18T22:33+0400
2022-08-18T22:33+0400
avropa
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
kiyev
xerson
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441981846_0:233:3071:1960_1920x0_80_0_0_0836fa15337b8bed7fd24c6a9438b815.jpg
BAKI, 18 avqust — Sputnik. Altı ən böyük Avropa ölkəsi iyul ayında Ukraynaya yeni ikitərəfli hərbi vədlər verməyib. "Politico" nəşri bu barədə Kiel dünya iqtisadiyyatı institutunun məlumatlarına istinadən yazır.Tədqiqatçıların fikrincə, bu, fevral ayında hərbi əməliyyatların başlanmasından sonra ilk dəfə baş verib."Bu, onu göstərir ki, Avropanın müdafiə siyasətində tarixi dəyişikliklərə baxmayaraq, tərəddüd edən Fransa və Almaniya Ukraynaya silah tədarük etməyə başlasa da, Kiyevə hərbi yardım qətiyyətli əks-hücum elan etdiyi bir vaxtda azala bilər".Nəşrin yazdığına görə, bu, ukraynalı hərbçilərin və siyasətçilərin Avropanın böyük dövlətlərinin Böyük Britaniya, Polşa və ABŞ-dan gələn hərbi yardımla ayaqlaşa bilmədiklərinə dair fikirlərini təsdiqləyir.Kiel İnstitutunun tədqiqat direktoru Kristof Trebeş "Politico"ya bildirib ki, Avropanın Ukraynaya hərbi yardımla bağlı öhdəliklərində aprelin sonlarından etibarən azalma tendensiyası müşahidə olunur."Hərbi əməliyyatların kritik mərhələyə daxil olmasına baxmayaraq, yardım göstərmək üçün yeni təşəbbüslər tükənib", — deyə Trebeş bildirib.Son zamanlar Kiyev dəfələrlə Xerson vilayətinə əks-hücum etmək niyyətində olduğunu bəyan edib. Rusiya Dövlət Dumasının Krım regionundan olan deputatı Mixail Şeremetin daha əvvəl bildirdiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri bərpa edilə bilməyən itkilərlə nəticələnəcək, bölgənin ələ keçirilməsi cəhdi "sarsıdıcı müqavimətlə rastlaşacaq və boğulacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441981846_260:0:2991:2048_1920x0_80_0_0_6b6b8eb8f8bb306d505c5e8d04125182.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
avropa, ukrayna, kiyev, xerson, rusiya
avropa, ukrayna, kiyev, xerson, rusiya
Altı Avropa ölkəsi Kiyevə verdiyi hərbi vədlərdən imtina edib
Kiel İnstitutunun tədqiqat direktoru Kristof Trebeş bildirib ki, Avropanın Ukraynaya hərbi yardımla bağlı öhdəliklərində aprelin sonlarından etibarən azalma tendensiyası müşahidə olunur.
BAKI, 18 avqust — Sputnik. Altı ən böyük Avropa ölkəsi iyul ayında Ukraynaya yeni ikitərəfli hərbi vədlər verməyib. "Politico" nəşri bu barədə Kiel dünya iqtisadiyyatı institutunun məlumatlarına istinadən yazır.
Tədqiqatçıların fikrincə, bu, fevral ayında hərbi əməliyyatların başlanmasından sonra ilk dəfə baş verib.
"Bu, onu göstərir ki, Avropanın müdafiə siyasətində tarixi dəyişikliklərə baxmayaraq, tərəddüd edən Fransa və Almaniya Ukraynaya silah tədarük etməyə başlasa da, Kiyevə hərbi yardım qətiyyətli əks-hücum elan etdiyi bir vaxtda azala bilər".
Nəşrin yazdığına görə, bu, ukraynalı hərbçilərin və siyasətçilərin Avropanın böyük dövlətlərinin Böyük Britaniya, Polşa və ABŞ-dan gələn hərbi yardımla ayaqlaşa bilmədiklərinə dair fikirlərini təsdiqləyir.
Kiel İnstitutunun tədqiqat direktoru Kristof Trebeş "Politico"ya bildirib ki, Avropanın Ukraynaya hərbi yardımla bağlı öhdəliklərində aprelin sonlarından etibarən azalma tendensiyası müşahidə olunur.
"Hərbi əməliyyatların kritik mərhələyə daxil olmasına baxmayaraq, yardım göstərmək üçün yeni təşəbbüslər tükənib", — deyə Trebeş bildirib.
Son zamanlar Kiyev dəfələrlə Xerson vilayətinə əks-hücum etmək niyyətində olduğunu bəyan edib. Rusiya Dövlət Dumasının Krım regionundan olan deputatı Mixail Şeremetin daha əvvəl bildirdiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri bərpa edilə bilməyən itkilərlə nəticələnəcək, bölgənin ələ keçirilməsi cəhdi "sarsıdıcı müqavimətlə rastlaşacaq və boğulacaq".