https://sputnik.az/20220818/a-olkelerinin-sakinlerinin-yaridan-coxu-rusiya-ile-elaqeleri-kesmek-istemir-445166583.html
Aİ ölkələrinin sakinlərinin yarıdan çoxu Rusiya ilə əlaqələri kəsmək istəmir
Aİ ölkələrinin sakinlərinin yarıdan çoxu Rusiya ilə əlaqələri kəsmək istəmir
Sputnik Azərbaycan
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev avropalılara öz hökumətlərini "cavab verməyə" çağırmağı məsləhət görüb. 18.08.2022, Sputnik Azərbaycan
2022-08-18T22:00+0400
2022-08-18T22:00+0400
2022-08-18T22:00+0400
dmitri medvedev
rusiya
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333645_0:0:3355:1887_1920x0_80_0_0_5b700405913e131937101c5a9d2740a8.jpg
BAKI, 18 avqust — Sputnik. Aİ ölkələrinin sakinlərinin yarıdan çoxu "sağlam düşüncəni saxlayır" və Rusiya ilə münasibətləri pozmaq istəmir. Bunu sorğuların nəticələri də sübut edir. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev 2022-ci il avqustun 18-də öz "Telegram" kanalında məlumat verib."Aİ ölkələrinin sakinlərinin yarıdan çoxu Rusiya ilə əlaqələri kəsməyə qətiyyən həvəs göstərmir. Onlar əvvəllər olduğu kimi, tam hüquqlu münasibətləri istəyirlər", - deyə Medvedev bildirib. – "Normal şəxsi təmasları, qazanxanalardakı rus enerji daşıyıcılarını, öz malları üçün bizim bazarlarımızı, uğurlu ticarətimizi, öz muzey və kafelərində bizim turistlərimizi".Onun sözlərinə görə, Aİ ölkələrinin hökumətləri öz vətəndaşlarını "soyuq mənzillər və boş rəfli soyuducular"la "demokratiya üçün pul ödəməyə" çağıran tamam başqa nöqteyi-nəzərdən çıxış edirlər.Bu fonda Medvedev avropalılara bütün bunlara susaraq baxmamağı, öz siyasətçilərindən "hesab çəkməyi" tövsiyə edib."Fayda göz qabağındadır - qışda qaz sobası söndürülmüş və batareyanın soyuq olduğu möhtəşəm təcriddənsə, Rusiya ilə birlikdə daha isti və daha rahatdır", - deyə siyasətçi əlavə edib.Daha əvvəl yazıldığı kimi, İspaniyanın baş naziri Pedro Sançes elektrik enerjisinə qənaət etmək üçün qalstuklardan imtina etməyə çağırıb. Düzdür, siyasətçi təklifin mahiyyətini açıqlamayıb, ona görə də onun nə demək istədiyini vətəndaşlar özləri düşünməli olublar.Xatırladaq ki, Avropa Komissiyası Avropa ittifaqına üzv ölkələrə qaz istehlakını 15% azaltmağı təklif etmişdi. Çərşənbə günü, iyulun 20-də belə bir bəyanatla Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen qazla bağlı fəaliyyət planını təqdim edib. Siyasətçi onu da qeyd edib ki, AK Rusiya qazının tamamilə dayandırılmasını ehtimal olunan ssenari hesab edir və buna görə də belə ssenariyə hazırlıq görməyə çağırır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333645_0:0:2731:2048_1920x0_80_0_0_ce5a9c0dce13ed605f0c04a0ce94ffb0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dmitri medvedev, avropa ittifaqı
dmitri medvedev, avropa ittifaqı
Aİ ölkələrinin sakinlərinin yarıdan çoxu Rusiya ilə əlaqələri kəsmək istəmir
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev avropalılara öz hökumətlərini "cavab verməyə" çağırmağı məsləhət görüb.
BAKI, 18 avqust — Sputnik. Aİ ölkələrinin sakinlərinin yarıdan çoxu "sağlam düşüncəni saxlayır" və Rusiya ilə münasibətləri pozmaq istəmir. Bunu sorğuların nəticələri də sübut edir. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev 2022-ci il avqustun 18-də öz "Telegram" kanalında məlumat verib.
"Aİ ölkələrinin sakinlərinin yarıdan çoxu Rusiya ilə əlaqələri kəsməyə qətiyyən həvəs göstərmir. Onlar əvvəllər olduğu kimi, tam hüquqlu münasibətləri istəyirlər", - deyə Medvedev bildirib. – "Normal şəxsi təmasları, qazanxanalardakı rus enerji daşıyıcılarını, öz malları üçün bizim bazarlarımızı, uğurlu ticarətimizi, öz muzey və kafelərində bizim turistlərimizi".
Onun sözlərinə görə, Aİ ölkələrinin hökumətləri öz vətəndaşlarını "soyuq mənzillər və boş rəfli soyuducular"la "demokratiya üçün pul ödəməyə" çağıran tamam başqa nöqteyi-nəzərdən çıxış edirlər.
Bu fonda Medvedev avropalılara bütün bunlara susaraq baxmamağı, öz siyasətçilərindən "hesab çəkməyi" tövsiyə edib.
"Fayda göz qabağındadır - qışda qaz sobası söndürülmüş və batareyanın soyuq olduğu möhtəşəm təcriddənsə, Rusiya ilə birlikdə daha isti və daha rahatdır", - deyə siyasətçi əlavə edib.
Daha əvvəl yazıldığı kimi, İspaniyanın baş naziri Pedro Sançes elektrik enerjisinə qənaət etmək üçün qalstuklardan imtina etməyə çağırıb. Düzdür, siyasətçi təklifin mahiyyətini açıqlamayıb, ona görə də onun nə demək istədiyini vətəndaşlar özləri düşünməli olublar.
Xatırladaq ki, Avropa Komissiyası Avropa ittifaqına üzv ölkələrə qaz istehlakını 15% azaltmağı təklif etmişdi. Çərşənbə günü, iyulun 20-də belə bir bəyanatla Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen qazla bağlı fəaliyyət planını təqdim edib. Siyasətçi onu da qeyd edib ki, AK Rusiya qazının tamamilə dayandırılmasını ehtimal olunan ssenari hesab edir və buna görə də belə ssenariyə hazırlıq görməyə çağırır.