https://sputnik.az/20220816/zaxarovadan-kulebanin-aciqlamasina-ironik-reaksiya-445069700.html
Zaxarovadan Kulebanın açıqlamasına ironik reaksiya
Zaxarovadan Kulebanın açıqlamasına ironik reaksiya
Sputnik Azərbaycan
Rusiya XİN-in sözçüsü qeyd edib ki, Kiyev rejiminin əsl vətənpərvərliyi haqqında hər şeyi bilməliyik. 16.08.2022, Sputnik Azərbaycan
2022-08-16T17:27+0400
2022-08-16T17:27+0400
2022-08-16T17:28+0400
mariya zaxarova
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
xin
https://cdnn1.img.sputnik.az/img/42100/48/421004875_0:0:3001:1688_1920x0_80_0_0_95e2c69438a8b2a4ab73bd1bf88ec485.jpg
BAKI, 16 avqust — Sputnik. Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərinin hərəkətləri respublika rəhbərliyinin "əsl vətənpərvərliyini" göstərir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna XİN rəhbərinin açıqlamasına ironiya ilə verdiyi reaksiyasında bildirib.O, "Telegram" kanalında qeyd edib ki, Kiyev rejiminin əsl vətənpərvərliyi haqqında hər şeyi bilməliyik. İtlər hər şeydən üstündür", - deyə Zaxarova yazıb.Kulebanın Rusiya əməliyyatı başlayandan dərhal sonra ailəsinin Ukraynanı tərk etməsi ilə bağlı bəyanatı avqustun 16-da ortaya çıxıb. Üstəlik, nazir qohumlarını xaricə göndərməyi bacardığı halda, o zaman ölkədə səfərbərlik elan olunduğu üçün bir çox ölkə vətəndaşlarının belə imkanı yox idi. Bu zaman əksər kişilər ölkəni tərk etmək imkanından məhrum olurdu. Ukrayna hakimiyyətinə dəfələrlə bu məhdudiyyətləri yumşaltmaqla bağlı çağırışlar edilib, lakin indiyədək Kiyev belə bir ehtimalı istisna edib.Daha əvvəl Kuleba valideynləri, uşaqları və itlərinin Rusiya xüsusi hərbi əməliyyatının başlaması ilə Ukraynanı tərk etdiyini etiraf edib. Ancaq o qohumlarının dəqiq hara getdiyini açıqlamayıb.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42100/48/421004875_0:0:2731:2048_1920x0_80_0_0_8d7a94719f9ca550662e01fbb1a6bfe8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, ukrayna, xin
mariya zaxarova, ukrayna, xin
Zaxarovadan Kulebanın açıqlamasına ironik reaksiya
17:27 16.08.2022 (Yenilənib: 17:28 16.08.2022) Rusiya XİN-in sözçüsü qeyd edib ki, Kiyev rejiminin əsl vətənpərvərliyi haqqında hər şeyi bilməliyik.
BAKI, 16 avqust — Sputnik. Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərinin hərəkətləri respublika rəhbərliyinin "əsl vətənpərvərliyini" göstərir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna XİN rəhbərinin açıqlamasına ironiya ilə verdiyi reaksiyasında bildirib.
O, "Telegram" kanalında qeyd edib ki, Kiyev rejiminin əsl vətənpərvərliyi haqqında hər şeyi bilməliyik. İtlər hər şeydən üstündür", - deyə Zaxarova yazıb.
Kulebanın Rusiya əməliyyatı başlayandan dərhal sonra ailəsinin Ukraynanı tərk etməsi ilə bağlı bəyanatı avqustun 16-da ortaya çıxıb. Üstəlik, nazir qohumlarını xaricə göndərməyi bacardığı halda, o zaman ölkədə səfərbərlik elan olunduğu üçün bir çox ölkə vətəndaşlarının belə imkanı yox idi. Bu zaman əksər kişilər ölkəni tərk etmək imkanından məhrum olurdu. Ukrayna hakimiyyətinə dəfələrlə bu məhdudiyyətləri yumşaltmaqla bağlı çağırışlar edilib, lakin indiyədək Kiyev belə bir ehtimalı istisna edib.
Daha əvvəl Kuleba valideynləri, uşaqları və itlərinin Rusiya xüsusi hərbi əməliyyatının başlaması ilə Ukraynanı tərk etdiyini etiraf edib. Ancaq o qohumlarının dəqiq hara getdiyini açıqlamayıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.