Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya liderinin "Ordu-2022" Forumunun açılışındakı mesajları

© Sputnik / Павел Бедняков Президент РФ Владимир Путин выступает на церемонии открытия Международного военно-технического форума "Армия-2022" и Армейских международных игр - 2022 в военно-патриотическом парке "Патриот" в подмосковной Кубинке
 Президент РФ Владимир Путин выступает на церемонии открытия Международного военно-технического форума Армия-2022 и Армейских международных игр - 2022 в военно-патриотическом парке Патриот в подмосковной Кубинке - Sputnik Azərbaycan, 1920, 15.08.2022
Abunə olmaq
Vladimir Putinin sözlərinə görə, forum çərçivəsində beynəlxalq antifaşist konqresinin keçirilməsinin böyük ictimai-siyasi əhəmiyyəti var.
BAKI, 15 avqust — Sputnik. Rusiya İkinci Dünya müharibəsi tarixini saxtalaşdırmaq cəhdlərinə sərt reaksiya verməlidir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin "Ordu-2022" Beynəlxalq Hərbi-Texniki Forumunun və Beynəlxalq Ordu Oyunları - 2022-nin açılış mərasimində çıxışı zamanı bildirib.
Neonasizm, rusofobiya və irqçiliklə mübarizə
Rusiya lideri qeyd edib ki, neonasizm, rusofobiya və irqçiliyə qarşı mübarizə aparmaq lazımdır. O, 20-ci əsrdə nasizmin bəşəriyyəti sürüklədiyi "dəhşətli faciənin" dərslərinin unudulmamasının zəruriliyini vurğulayıb.
"İkinci Dünya müharibəsinin milyonlarla qurbanının xatirəsi qarşısında bizim borcumuz tarixi saxtalaşdırmaq cəhdlərinə sərt cavab vermək, neonasizmin, rusofobiyanın və irqçiliyin istənilən formasının yayılmasına qarşı çıxmaqdır", - deyə Putin bildirib.
Rusiya prezidentinin sözlərinə görə, forum çərçivəsində beynəlxalq antifaşist konqresinin keçirilməsinin böyük ictimai-siyasi əhəmiyyəti var.
Ordu və donanmaya minnətdarlıq
Rusiya xalqı öz ordusu və donanması ilə fəxr edir. Bunu Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Patriot parkında "Ordu-2022" forumunun açılışında çıxış edərkən deyib.
"Xalqımız öz ordusu və donanması, müdafiəçilərinin peşəkarlığı və cəsarəti ilə fəxr edir. O, hər zaman Vətənin suverenliyinin və təhlükəsizliyinin keşiyində durmuş, başqa xalqlara azadlıq bəxş etmişdir", - dövlətimizin başçısı qeyd edib.
Rusiya prezidenti silah istehsalçılarına ölkənin rifahı naminə gördüyü işlərə görə təşəkkür edib: "Mən bir daha rusiyalı silah ustalarına ordu və donanmanı müasir silahlarla təchiz etdiklərinə görə təşəkkür etmək istəyirəm. Onlar bu gün qələbə üçün, bütün ölkənin, bütün Rusiyanın texnoloji və sənaye inkişafı üçün çalışır".
Rusiyanın müttəfiqləri
Vladimir Putin Rusiyanın müxtəlif qitələrdə qondarma hegemon qarşısında əyilməyən çoxlu müttəfiqləri və həmfikirləri olduğunu bildirib: "Vurğulamaq istəyirəm ki, Rusiya hərbi-texniki əməkdaşlığın ən geniş şəkildə hərtərəfli inkişafının tərəfdarıdır. Bu gün, davamlı olaraq inkişaf edən çoxqütblü dünya şəraitində bu, xüsusilə vacibdir. Ölkəmizin çoxlu müttəfiqləri, tərəfdaşları, müxtəlif qitələrdə bizimlə həmfikir insanlar var. Bu, hegemon adlanan dövlət qarşısında əyilməyən dövlətlərdir, onların liderləri əsl kişi xarakteri nümayiş etdirirlər və əyilmirlər", - Putin bildirib.
Gənclər və praktiki təkliflər
Getdikcə daha çox gənc Rusiyanın sosial-iqtisadi inkişafına töhfə verməyə çalışır. Bunu Rusiya Prezidenti Vladimir Putin qeyd edib.
"Sevindirici haldır ki, gənclər forumları hərəkatı öz yaradıcılıq potensialını gücləndirir, parlaq, maraqlı ideya və təşəbbüslərlə böyüyür. Ən əsası isə getdikcə daha çox gənc oğlan və qızlar ölkənin sosial-iqtisadi inkişafına şəxsi töhfələr verməyə çalışırlar", - dövlət başçısı Kremlin saytında dərc olunan müraciətində bildirib.
"Gəncləri enerji və ruh yüksəkliyi, uğur qazanmaq, Vətənin rifahı naminə çalışmaq üçün səmimi arzu birləşdirir. Təbii ki, biz sizdən Uzaq Şərqin və bütün Rusiyanın maraqlarını reallaşdıracaq cəsarətli, mənalı və həqiqətən də praktiki təkliflər gözləyirik", - deyə Putin əlavə edib.
"Ordu-2022" forumu rəsmi olaraq avqustun 15-də açılıb və avqustun 21-dək davam edəcək. Forum çərçivəsində Rusiyanın 30-dan çox regionunda Patriot Parkının obyektlərində, Alabino poliqonunda, Kubinka aerodromunda, eləcə də bütün hərbi dairələrdə və Şimal Donanmasında 289 tədbirin keçirilməsi planlaşdırılır. Forumda 72 ölkədən hərbi nümayəndə heyətləri iştirak edəcəklər.
Sputnik "Ordu-2022" Forumunun beynəlxalq informasiya tərəfdaşıdır.
Roskosmos loqotipi - Sputnik Azərbaycan, 1920, 15.08.2022
RUSİYA
"Ordu-2022": "Roskosmos" ilk dəfə Rusiya orbital stansiyasının planını nümayiş etdirib
Xəbər lenti
0