https://sputnik.az/20220815/qerb-ekspertleri-zaporojye-aes-e-buraxmamaq-ucun-elinden-geleni-edir---zaxarova-445007641.html
Qərb ekspertləri Zaporojye AES-ə buraxmamaq üçün əlindən gələni edir - Zaxarova
Qərb ekspertləri Zaporojye AES-ə buraxmamaq üçün əlindən gələni edir - Zaxarova
Sputnik Azərbaycan
Mart ayından etibarən Zaporojye AES radioaktiv materialların sızmasının qarşısının alınması üçün Rusiya qoşunlarının mühafizəsi altındadır. 15.08.2022, Sputnik Azərbaycan
2022-08-15T13:54+0400
2022-08-15T13:54+0400
2022-08-15T13:54+0400
mariya zaxarova
rusiya
aes
zaporojye
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434194613_0:0:3019:1699_1920x0_80_0_0_0f53c64eb1610ab4cd1e219e55bfd63b.jpg
BAKI, 15 avqust — Sputnik. Qərb Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) mütəxəssislərinin Zaporojye Atom Elektrik Stansiyasına səfərinə yol verməmək üçün əlindən gələni edir. Bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova "Solovyov LİVE"in efirində bildirib."Biz Beynəlxalq Atom Enerjisi Agentliyi nümayəndələrinin Zaporojye AES-ə çata bilməsi üçün mübarizə aparırıq. Onlar da bunu istəyirlər və IAEA bir struktur kimi çoxdan hazırdır. Amma sözdə Qərb birliyi, əlbəttə ki, Kiyev rejimi ilə birlikdə bunun qarşısını almaq üçün hər şeyi edir", - deyə Zaxarova bildirib.O, BMT Təhlükəsizlik Şurasının bu yaxınlarda keçirilən iclasında Ukrayna nümayəndə heyətinin çıxışını xatırladıb."Onlar dedilər ki, yaxınlıqda olan rus əsgərləri az qala özlərinə atəş açıblar. O qədər yalan danışıblar ki, heç kim bu sözlərə rəy belə bildirməyib", - deyə diplomat qeyd edib.Onun sözlərinə görə, fəaliyyətdə olan atom elektrik stansiyalarına qarşı hərbi əməliyyatlar aparıldıqda, bu, nüvə terrorizminə çox bənzəyir. Ukrayna qarşıya qoyulmuş məqsədə çatmaq - "ümumi olaraq özünü məhv etmək" naminə elektrik stansiyasına hücum edir.Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, enerji bloklarının sayına və gücünə görə Avropanın ən böyük Atom Elektrik Stansiyasıdır. Mart ayından etibarən rus qoşunlarının qoruması altındadır. Rusiya Xarici İşlər Nazirliyində vurğulandığı kimi, bu, radioaktiv materialların sızmasının qarşısını almaq üçün lazımdır.Avqustun əvvəlindən etibarən Ukrayna Silahlı Qüvvələri stansiyanın atəşə tutulmasını intensivləşdirib, onlar idarə olunan raketlərdən və Qərb istehsalı olan mərmilərdən istifadə edirlər. Hücumlardan birindən sonra "Kaxovskaya" yarımstansiyasının yüksək gərginlikli xətti zədələnib və şəxsi heyət iki enerji blokunun gücünü azaltmalı olub.IAEA rəhbəri Rafael Qrossi vəziyyətdən narahatlığını bildirib. O, stansiyanı ziyarət etmək üçün missiyaya şəxsən rəhbərlik etməyi planlaşdırır. AES-dəki vəziyyətə BMT Təhlükəsizlik Şurasının iclası həsr olunub. Rusiya Federasiyasının daimi nümayəndəsinin müavini Dmitri Polyanskinin sözlərinə görə, onun iştirakçılarından heç biri hadisələrin Ukrayna versiyasını dəstəkləməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434194613_0:0:2729:2047_1920x0_80_0_0_cffb26c229616bde1fdd06129e4ca419.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, aes, zaporojye
mariya zaxarova, aes, zaporojye
Qərb ekspertləri Zaporojye AES-ə buraxmamaq üçün əlindən gələni edir - Zaxarova
Mart ayından etibarən Zaporojye AES radioaktiv materialların sızmasının qarşısının alınması üçün Rusiya qoşunlarının mühafizəsi altındadır.
BAKI, 15 avqust — Sputnik. Qərb Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) mütəxəssislərinin Zaporojye Atom Elektrik Stansiyasına səfərinə yol verməmək üçün əlindən gələni edir. Bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova "Solovyov LİVE"in efirində bildirib.
"Biz Beynəlxalq Atom Enerjisi Agentliyi nümayəndələrinin Zaporojye AES-ə çata bilməsi üçün mübarizə aparırıq. Onlar da bunu istəyirlər və IAEA bir struktur kimi çoxdan hazırdır. Amma sözdə Qərb birliyi, əlbəttə ki, Kiyev rejimi ilə birlikdə bunun qarşısını almaq üçün hər şeyi edir", - deyə Zaxarova bildirib.
O, BMT Təhlükəsizlik Şurasının bu yaxınlarda keçirilən iclasında Ukrayna nümayəndə heyətinin çıxışını xatırladıb.
"Onlar dedilər ki, yaxınlıqda olan rus əsgərləri az qala özlərinə atəş açıblar. O qədər yalan danışıblar ki, heç kim bu sözlərə rəy belə bildirməyib", - deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, fəaliyyətdə olan atom elektrik stansiyalarına qarşı hərbi əməliyyatlar aparıldıqda, bu, nüvə terrorizminə çox bənzəyir. Ukrayna qarşıya qoyulmuş məqsədə çatmaq - "ümumi olaraq özünü məhv etmək" naminə elektrik stansiyasına hücum edir.
Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, enerji bloklarının sayına və gücünə görə Avropanın ən böyük Atom Elektrik Stansiyasıdır. Mart ayından etibarən rus qoşunlarının qoruması altındadır. Rusiya Xarici İşlər Nazirliyində vurğulandığı kimi, bu, radioaktiv materialların sızmasının qarşısını almaq üçün lazımdır.
Avqustun əvvəlindən etibarən Ukrayna Silahlı Qüvvələri stansiyanın atəşə tutulmasını intensivləşdirib, onlar idarə olunan raketlərdən və Qərb istehsalı olan mərmilərdən istifadə edirlər. Hücumlardan birindən sonra "Kaxovskaya" yarımstansiyasının yüksək gərginlikli xətti zədələnib və şəxsi heyət iki enerji blokunun gücünü azaltmalı olub.
IAEA rəhbəri Rafael Qrossi vəziyyətdən narahatlığını bildirib. O, stansiyanı ziyarət etmək üçün missiyaya şəxsən rəhbərlik etməyi planlaşdırır. AES-dəki vəziyyətə BMT Təhlükəsizlik Şurasının iclası həsr olunub. Rusiya Federasiyasının daimi nümayəndəsinin müavini Dmitri Polyanskinin sözlərinə görə, onun iştirakçılarından heç biri hadisələrin Ukrayna versiyasını dəstəkləməyib.