Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: "Rusiyanın maraqlarını reallaşdıracaq praktiki təkliflər gözləyirik"

© Sputnik / Павел БедняковPutin
Putin - Sputnik Azərbaycan, 1920, 15.08.2022
Abunə olmaq
Prezident vurğulayıb ki, buna bu il həm əyani, həm də onlayn şəkildə keçirilən "OstroVa" forumu imkan yaradır, tədbir iştirakçıların böyük komandasını birləşdirmək üçün nəzərdə tutulub.
BAKI, 15 avqust — Sputnik. Getdikcə daha çox gənc Rusiyanın sosial-iqtisadi inkişafına töhfə verməyə çalışır. Bunu Rusiya Prezidenti Vladimir Putin Saxalində keçirilən "OstroVa" Ümumrusiya Gənclər Forumunun iştirakçılarına təbrikində qeyd edib.
"Sevindirici haldır ki, gənclər forumları hərəkatı öz yaradıcılıq potensialını gücləndirir, parlaq, maraqlı ideya və təşəbbüslərlə böyüyür. Ən əsası isə getdikcə daha çox gənc oğlan və qızlar ölkənin sosial-iqtisadi inkişafına şəxsi töhfələr verməyə çalışırlar", - dövlət başçısı Kremlin saytında dərc olunan müraciətində bildirib.
Prezident vurğulayıb ki, buna bu il həm əyani, həm də onlayn şəkildə keçirilən "OstroVa" forumu imkan yaradır, tədbir iştirakçıların böyük komandasını birləşdirmək üçün nəzərdə tutulub.
"Hamınızı enerji və ruh yüksəkliyi, uğur qazanmaq, Vətənin rifahı naminə çalışmaq üçün səmimi arzu birləşdirir. Təbii ki, biz sizdən Uzaq Şərqin və bütün Rusiyanın maraqlarını reallaşdıracaq cəsarətli, mənalı və həqiqətən də praktiki təkliflər gözləyirik", - deyə Putin əlavə edib.
Dövlət başçısı forum iştirakçılarının faydalı vaxt keçirəcəklərinə, yeni peşəkar, yaradıcılıq üfüqləri kəşf edəcəklərinə, eləcə də sadiq dostlar və tərəfdaşlar tapacaqlarına əmin olduğunu bildirib.
"Rosmolodej.Sobıtiya" platformasının "OstroVa" forumu avqustun 13-dən 19-dək Cənubi Saxalinskdə keçirilir. O, ölkənin müxtəlif regionlarından 500-ə yaxın iştirakçını birləşdirib. Tədbirlərə vətənpərvərlik tərbiyəsi və bölgə inkişafı, turizm, yaradıcılıq və texnoloji potensial sahələrində görülən işlər daxildir. Forum Rusiyanın Gənclərlə İş üzrə Federal Agentliyi və Saxalin vilayəti hökuməti tərəfindən təşkil olunub.
Xəbər lenti
0