Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Anti-Rusiya sanksiyaları Avropaya qarşı yönəlib - KİV

© AFP 2024 / ALEXANDER NEMENOVKremlə mənzərə
Kremlə mənzərə - Sputnik Azərbaycan, 1920, 14.08.2022
Abunə olmaq
Bir müddət əvvəl Almaniya kansleri Olaf Şolts Avropa İttifaqı üzvlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların "əks effektinin" mümkünlüyü barədə xəbərdarlıq etmişdi.
BAKI, 14 avqust — Sputnik. Avropa Rusiyaya qarşı sanksiyaların uğursuz tətbiqindən sonra özünə zərbə vurub. Bunu “Agoravox”ın fransız nəşrinin müxbiri Kalman Şnur bildirib.
Nümunə kimi o, Fransa Maliyyə Nazirliyinin rəhbəri Bruno Le Merin 2022-ci il martın 1-də verdiyi bəyanatı göstərib. Həmin vaxt idarə rəisi Rusiya tərəfinə qarşı tətbiq edilən məhdudiyyətlərin “dəhşətli dərəcədə effektli” olduğuna inandırmışdı. Ancaq hər şey tam fərqli alındı.
Şnur onu da əlavə edib ki, o vaxtdan bəri rubl əhəmiyyətli dərəcədə bahalaşıb, baxmayaraq ki, o, Le Merin bəyanatı zamanı, Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasından bir həftə sonra dünya valyutaları qarşısında xeyli zəifləmişdi.
"Belə çıxır ki, biz bütün anti-Rusiya sanksiyalarını özümüzə tətbiq edirik! Artıq o həddə çatmışıq ki, “aclıq iğtişaşları” ifadəsi Afrikaya yox, bizə aiddir. Və bu, kimin günahıdır?", - yazar bildirir.
Bir müddət əvvəl Almaniya kansleri Olaf Şolts Avropa İttifaqı üzvlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların "əks effektinin" mümkünlüyü barədə xəbərdarlıq etmişdi. Şolts anti-Rusiya sanksiyalarını indiyədək bir ölkəyə qarşı bu cür miqyasda tətbiq edilmiş "ən sərt" adlandırıb və qeyd edib ki, bu cür tədbirləri tətbiq etməyə qərar verən ölkələr məhdudiyyətləri "həzm edə" bilməlidirlər.
Xəbər lenti
0