Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bişkek-Antalya reysini həyata keçirən təyyarə Bakıya eniş edib

© AFP 2024 / FABRICE COFFRINITürk Hava Yolları-nın təyyarəi, arxiv şəkli
Türk Hava Yolları-nın təyyarəi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.08.2022
Abunə olmaq
Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.
BAKI, 13 avqust - Sputnik. "Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, "Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işə düşən tüstü sensoru səbəb olub.
Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib.
Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.
Xatırladaq ki, bundan öncə avqustun 1-də Təl-Əviv - Moskva (DME) marşrutu üzrə reys yerinə yetirən "El Al İsrael Airlines" aviaşirkətinin hava gəmisinin kapitanı sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.
Aeroportun yaydığı məlumata görə təyyarə yerli vaxtla saat 12:44-də Bakı hava limanına enib. Təəssüflər olsun ki, sərnişin uçuş zamanı vəfat edib.
Xəbər lenti
0