Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN: "Ukraynanın daha 5 PUA-sı məhv edilib"

© Sputnik / Михаил ВоскресенскийRusiya Müdafiə Nazirliyinin binası, arxiv şəkli
Rusiya Müdafiə Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.08.2022
Abunə olmaq
Rusiya Aerokosmik Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 28-ci mexanikləşdirilmiş briqadasının Nikolayev vilayətindəki komanda məntəqəsinə zərbələr endirib.
BAKI, 12 avqust — Sputnik. Xüsusi əməliyyat zamanı Rusiyanın hava hücumundan müdafiə sistemləri gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 5 PUA-sını məhv edib, həmçinin HİMARS reaktiv yaylım atəş sisteminin iki mərmisini və "Olxa" RYAS-ın dörd mərmisini vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov bildirib.
Rusiya hava hücumundan müdafiə sistemləri gün ərzində Xarkov vilayətinin Yeqorovka, Donetsk Xalq Respublikasının Spartak, Arxangelovka və Volxov Yar yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 5 pilotsuz uçuş aparatını məhv edib. Bundan əlavə, Novaya Kaxovka yaxınlığında iki HİMARS RYAS-nın və Xerson vilayətinin Çernobaevka yaxınlığında "Olxa" RYAS-nın dörd mərmisi vurulub.
Rusiya Aerokosmik Qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinin 28-ci mexanikləşdirilmiş briqadasının Nikolayev vilayətindəki komanda məntəqəsinə endirdiyi yüksək dəqiqlikli zərbə nəticəsində 100-ə qədər silahlı və 9 texnika məhv edilib.
Müdafiə Nazirliyi həmçinin bildirib ki, xüsusi təyinatlı hərbi əməliyyat başlayandan indiyədək 267 təyyarə, 146 helikopter, 1732 pilotsuz uçuş aparatı, 365 zenit-raket kompleksi, 4293 tank və digər zirehli döyüş texnikası, reaktiv yaylım atəşi sistemlərindən ibarət 797 döyüş maşını , 3290 səhra artilleriya silahı və minaatan, o cümlədən 4844 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0