Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Quterreşin ZAES-in demilitarizasiyası ilə bağlı təklifi - RF etiraz edir

© AP Photo / K.M. ChaudaryAntoniu Quterreş, arxiv şəkli
Antoniu Quterreş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.08.2022
Abunə olmaq
Kiyevin hərəkətləri fonunda Moskva BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib
BAKI, 12 avqust — Sputnik. BMT-nin baş katibinin təklif etdiyi Zaporojye AES-nin demilitarizasiyası onu terrorçular da daxil olmaqla, daha həssas edəcək - Rusiya hərbçiləri onu qoruyur. RİA Novosti yazır ki, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bunu jurnalistlərə bildirib.
Bundan əvvəl BMT-nin baş katibi bildirmişdi ki, stansiyanın "ərazisinin təhlükəsizliyini təmin etmək üçün təhlükəsiz demilitarizasiya perimetri üzrə texniki səviyyədə təcili razılaşma lazımdır".
"Stansiyanın demilitarizasiyası onu hamı üçün həssas vəziyyətə salacaq, belə demək mümkünsə, kim ora gəlmək istəyir, hansı məqsədlə - heç kim bilmir. Stansiyada hər hansı təxribat, terror aktlarını istisna edə bilmərik. Biz stansiyanı qorumalıyıq," – deyə Nebenzya fikrini bildirib.
Rusiya Federasiyasının daimi nümayəndəsi, həmçinin, təşkilatın baş katibi Antonio Quterreşdən Zaporojye AES-in ətrafında təhlükəsizlik perimetrinin yaradılması təklifinin mahiyyəti ilə bağlı izahat gözlədiyini bildirib.
"Mən onun bu təkliflə nə demək istədiyini başa düşmürəm. Qoy bu perimetrlə nə demək istədiyini izah etsin", - deyə Nebenzya vurğulayıb.
Bundan əvvəl BMT Təhlükəsizlik Şurasının iclası zamanı Rusiyanın daimi nümayəndəsi xəbərdarlıq etmişdi ki, Zaporojye AES-də baş verə biləcək fəlakətə görə məsuliyyət bütünlüklə Kiyevin qərbdəki havadarlarının üzərinə düşəcək.
Xüsusi əməliyyat zamanı rus hərbçiləri Xerson vilayəti və Zaporojye vilayətinin Azov hissəsində nəzarəti ələ keçiriblər. Bölgələrdə yeni rusiyayönlü administrasiyalar formalaşdırılıb. Onlar, həmçinin, gücünə və bloklarının sayına görə Avropanın ən böyük zavodu olan Zaporojye atom elektrik stansiyasına da nəzarət edirlər.
Ukrayna qoşunları artıq bir neçə dəfə atom elektrik stansiyasının ərazisinə hücum ediblər. Avqustun 5-dən etibarən atışma daha tez-tez baş verib. Avqustun 7-nə keçən gecə Ukrayna qoşunları "Uraqan" Reaktiv yaylım atəşi sistemindən (RYAS) zərbə endiriblər, nəticədə stansiyanın işləyən enerji blokundan, təxminən, 400 metr məsafədə qəlpələr və raket mühərriki düşüb. Atəşdən sonra iki qurğu tam gücü ilə işləmir. Cümə axşamı günü üç Ukrayna mərmisi radioaktiv izotopların saxlandığı anbarın yaxınlığında yerə düşüb.
Kiyevin hərəkətləri fonunda Moskva BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib. Elektrik stansiyasına agentliyin rəhbəri Rafael Qrossinin rəhbərlik etdiyi Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyasının səfəri planlaşdırılır.
Xəbər lenti
0