Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Paytaxtın bəzi küçə və prospektlərində təmir gedir

© Photo : Azerbaijan Highway State AgencyYol təmiri, arxiv şəkli
Yol təmiri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.08.2022
Abunə olmaq
Piyada səkilərinin bərpası işləri davam edir. Daha sonra küçəboyu frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq
BAKI, 12 avqust — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Əliəşrəf Əlizadə küçəsini təmir edir
Agentliyin yaydığı məlumata görə, 1 230 metr uzunluğa, ortalama 9 metr enə malik yolun təmir işləri çərçivəsində əraziyə 1 360 p/m yeni bordür düzülüb.
Hazırda piyada səkilərinin bərpası işləri davam edir. Daha sonra küçəboyu frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq. Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunacaq.
Növbəti mərhələdə təmir işlərinin uzunluğu 450 metr olan Tələt Şıxəliyev həmçinin, Müzəffər Nərimanov, Məsud Əlizadə küçələrində və Fətəli Xan Xoyski prospektində aparılması nəzərdə tutulur.
Xəbər lenti
0