https://sputnik.az/20220812/etsn-bakida-toz-dumaninin-musahide-edilmesinin-sebebini-aciqlayib-444949495.html
ETSN Bakıda toz dumanının müşahidə edilməsinin səbəbini açıqlayıb
ETSN Bakıda toz dumanının müşahidə edilməsinin səbəbini açıqlayıb
Sputnik Azərbaycan
Səbəb cənub-şərq istiqamətli hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır. 12.08.2022, Sputnik Azərbaycan
2022-08-12T19:23+0400
2022-08-12T19:23+0400
2022-08-12T19:23+0400
duman
paytaxt xəbərləri
toz
bakı
https://cdnn1.img.sputnik.az/img/41901/71/419017184_0:0:3069:1727_1920x0_80_0_0_1ae6e79c3dcbf6826e57cedb50dcfac4.jpg
BAKI, 12 avqust — Sputnik. Avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.Onun sözlərinə görə, buna səbəb cənub-şərq istiqamətli hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır: "Müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir".G.Məmmədova bildirib ki, dispers toz hissəcikləri Xətai rayonunda 2.6, Nizami rayonunda 2.5 , Səbail rayonunda 2.7 dəfə normadan yüksək qeydə alınıb: "Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti yaxın iki gün ərzində davam edəcək".
https://sputnik.az/20220715/havada-toz-dumani-musahide-olunur-444021578.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41901/71/419017184_102:0:2833:2048_1920x0_80_0_0_7fb61671669c88802b292d122dcaa736.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
duman, toz, bakı
ETSN Bakıda toz dumanının müşahidə edilməsinin səbəbini açıqlayıb
Səbəb cənub-şərq istiqamətli hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır.
BAKI, 12 avqust — Sputnik. Avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, buna səbəb cənub-şərq istiqamətli hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır: "Müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir".
G.Məmmədova bildirib ki, dispers toz hissəcikləri Xətai rayonunda 2.6, Nizami rayonunda 2.5 , Səbail rayonunda 2.7 dəfə normadan yüksək qeydə alınıb: "Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti yaxın iki gün ərzində davam edəcək".