https://sputnik.az/20220811/zaporojye-aes-in-atese-tutulmasi-nuve-terroru-aktidir---rusiya-xn--444901416.html
Zaporojye AES-in atəşə tutulması nüvə terroru aktıdır - Rusiya XİN
Zaporojye AES-in atəşə tutulması nüvə terroru aktıdır - Rusiya XİN
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər NazirliyininDepartament direktoru bildirib ki, Ukraynanın Zaporojye atom elektrik stansiyasını atəşə tutması ilə bağlı BMT Təhlükəsizlik... 11.08.2022, Sputnik Azərbaycan
2022-08-11T13:55+0400
2022-08-11T13:55+0400
2022-08-11T13:55+0400
rusiya xin
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830067_0:0:3105:1748_1920x0_80_0_0_1a8fe37c19493aeca04b0942032bb86b.jpg
BAKI, 11 avqust — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin Zaporojye atom elektrik stansiyasını atəşə tutması nüvə terroru aktıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev bildirib."Son bir neçə gün ərzində Ukrayna bölmələri Zaporojye AES-in ərazisini bir neçə dəfə atəşə tutub ki, bu da nüvə terroru aktıdır. Kiyev rejiminin bu cür hərəkətləri Çernobıl AES-dəki qəzanın nəticələrindən qat-qat artıq miqyasda fəlakətə gətirib çıxara bilər", - Neçayev bildirib.O, həmçinin xatırladıb ki, bu gün, avqustun 11-də Rusiyanın təşəbbüsü ilə Ukraynanın Zaporojye atom elektrik stansiyasını atəşə tutması ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Neçayev qeyd edib ki, Moskva stansiya ətrafında yaranan vəziyyətə dünya ictimaiyyətinin və ixtisaslaşmış beynəlxalq strukturların lazımi diqqətinə ümid edir.Bundan əvvəl vilayət administrasiyasının baş şurasının üzvü Vladimir Roqov bildirmişdi ki, Rusiya hava hücumundan müdafiə sistemi Ukrayna Silahlı Qüvvələrinin raket və PUA-larının Enerqodar şəhərinə və Zaporojye atom elektrik stansiyasına hücumunun qarşısını alıb.Dünən məlumat verilmişdi ki, MAQATE-nin baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasında Zaporojye AES-lə bağlı məruzə ilə çıxış etmək üçün məzuniyyətdən qayıdacaq.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830067_140:0:2871:2048_1920x0_80_0_0_7c0b62c31b28780021efe6e5a81f46a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin, ukrayna
Zaporojye AES-in atəşə tutulması nüvə terroru aktıdır - Rusiya XİN
Rusiya Xarici İşlər NazirliyininDepartament direktoru bildirib ki, Ukraynanın Zaporojye atom elektrik stansiyasını atəşə tutması ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
BAKI, 11 avqust — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin Zaporojye atom elektrik stansiyasını atəşə tutması nüvə terroru aktıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev bildirib.
"Son bir neçə gün ərzində Ukrayna bölmələri Zaporojye AES-in ərazisini bir neçə dəfə atəşə tutub ki, bu da nüvə terroru aktıdır. Kiyev rejiminin bu cür hərəkətləri Çernobıl AES-dəki qəzanın nəticələrindən qat-qat artıq miqyasda fəlakətə gətirib çıxara bilər", - Neçayev bildirib.
O, həmçinin xatırladıb ki, bu gün, avqustun 11-də Rusiyanın təşəbbüsü ilə Ukraynanın Zaporojye atom elektrik stansiyasını atəşə tutması ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Neçayev qeyd edib ki, Moskva stansiya ətrafında yaranan vəziyyətə dünya ictimaiyyətinin və ixtisaslaşmış beynəlxalq strukturların lazımi diqqətinə ümid edir.
Bundan əvvəl vilayət administrasiyasının baş şurasının üzvü Vladimir Roqov bildirmişdi ki, Rusiya hava hücumundan müdafiə sistemi Ukrayna Silahlı Qüvvələrinin raket və PUA-larının Enerqodar şəhərinə və Zaporojye atom elektrik stansiyasına hücumunun qarşısını alıb.
Dünən məlumat verilmişdi ki, MAQATE-nin baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasında Zaporojye AES-lə bağlı məruzə ilə çıxış etmək üçün məzuniyyətdən qayıdacaq.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.