Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Vulkan püskürdü, Seysmoloji Xidmət Mərkəzi SOS siqnalı çaldı - Təhlükə var - VİDEO

© Official website of President of Azerbaijan RepublicQobustanda palçıq vulkanı
Qobustanda palçıq vulkanı - Sputnik Azərbaycan, 1920, 11.08.2022
Abunə olmaq
Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyir ki, vulkanik ərazilərdəki yaşayış məskənləri vaxtında köçürülməlidir.
BAKI, 11 avqust — Sputnik. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində palçıq vulkanı püskürüb. Vulkan püskürməsi ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Videoda palçıq kütlələrinin bir neçə metr yüksəkliyə atıldığı görünür.
Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında əm baş verən təbiət hadisəsindən danışıb, həm də vulkanpüskürməsi ilə bağlı mövcud təhlükə riskini dəyərləndirib:
"Lökbatanda hər il vulkan püskürməsi baş verir. Bu gün səhər 09:39-da baş verən vulkan püskürməsi də 3 kilometr dərinlikdə olub və dörd dəqiqə davam edib. Vulkanın püskürdüyü yer daş karxanasına yaxın olub. Həmin əraziyə yaxın yaşayış məntəqəsi görmədim".
O bildirir ki, həmin əraziyə yaxın yaşayış məskəni olsa idi, nəticələr faicəli olardı:
"Ümumiyyətlə, vulkanik ərazilərdə, yaxınlıqda yaşayış məskənlərinin olması düzgün deyil. Qobustanda, Abşeronda vulkanik ərazilərə çox yaxın məsafədə qeyri-qanuni tikililər var. Bunları vaxtında köçürmək lazımdır".
"Nübar kəndini də köçürmək istəyirdilər, riskli yer olduğu üçün, lakin hələ də bu proses baş tutmayıb. Bu kənd vulkanik ərazinin yanındadır. Sabah bir püskürmə olsa, oradakı yaşayış binaları ola bilsin ki, palçıq altında qalsın. Abşerondakı vulkanlar çox aktivdir. Həmin ərazilər qoruq kimi saxlanılmalıdır", - deyə o əlavə edib.
Qeyd edək ki, Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı, Abşeron yarımadasında yayılıb.
Xəbər lenti
0