Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalılar Cənubi Afrika və Hindistana daha çox aviabilet sifariş edirlər - Araşdırma

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidHava limanında sərnişinlər, arxiv şəkli
Hava limanında sərnişinlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.08.2022
Abunə olmaq
Ekspertlər avqust ayı üçün səyahətlərə olan rezervasiyaların sayını və tərkibini iyul ayı üçün göstəricilərlə müqayisə ediblər.
BAKI, 11 avqust — Sputnik. Rusiyada avqust ayı üçün Cənubi Afrika və Hindistana aviabilet sifarişlərinin payı əvvəlki ayla müqayisədə iki dəfə artıb. Bu barədə Rusiya KİV-ləri OneTwoTrip səyahət planlaşdırma xidmətinin tədqiqatına istinadən məlumat yayıb.
"Ən populyar 50 ölkə arasında sifarişlərin payı ən nəzərəçarpacaq dərəcədə Cənubi Afrika və Hindistana artıb - iki dəfə. Vyetnama bilet sifarişindəki artım 71%, Taylanda isə 67% olub", - deyə hesabatda bildirilib.
Mütəxəssislər avqustun 1-dən 31-ə qədər olan gedişlərlə rezervasiyaları təhlil edərək nəticələri iyul ayı üçün edilən rezervasiyalarla müqayisə ediblər.
OneTwoTrip-in məlumatına görə, populyar istiqamətlər siyahısına, həmçinin, rusların iyul ayına nisbətən avqust ayı üçün 60% daha çox bron etməyə başladıqları İndoneziya, İsrail (+20%), Gürcüstan (+18%), Misir (+16%), BƏƏ və Qazaxıstan (+15%) da daxildir. Özbəkistan, Tacikistan və Belarus istiqamətlərinin hər birində artım 12% olub.
Xidmətin məlumatına görə, ən aşağı orta qiymət avqustda Moskvadan Belarusa uçuş üçün - adambaşına bir istiqamətə 5,1 min rubl, həmçinin, Özbəkistana (11,8 min rubl), Qazaxıstana (14,7 min rubl), Tacikistana (15,8 min rubl) və Hindistana (22,9 min rubl) qeydə alınıb.
Ən yüksək orta qiymət İndoneziya (114 min rubl), Vyetnam (89,5 min rubl), Tailand (84,5 min rubl), Cənubi Afrika (81,1 min rubl) və İsrailə (37,2 min rubl) aviabiletlərdə qeydə alınıb.
Xəbər lenti
0