Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: "BRİKS-in genişlənməsi üçün prinsiplər müzakirə edilir"

© AFP 2023 / ALEXANDER NEMENOVRusiya XİN-nin binası
Rusiya XİN-nin binası - Sputnik Azərbaycan, 1920, 11.08.2022
Abunə olmaq
Rusiya XİN-in nümayəndəsi qeyd edib ki, yeni dövlətlərin qəbulu məsələsi assosiasiyanın bütün iştirakçılarının mövqelərini nəzərə almaqla çox incə yanaşma tələb edir.
BAKI, 11 avqust — Sputnik. BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) assosiasiyanın genişləndirilməsi prosesinin prinsiplərini müzakirə edirlər. Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev TASS-ın sualını cavablandırarkən deyib.
"BRİKS ölkələri hələlik yeni üzvlərin daxil olması üçün meyarlar hazırlamayıb. Assosiasiyanın bu il iyunun 23-24-də keçirilən sammiti zamanı liderlər genişlənmə prosesi ilə bağlı təlimat, standartlar və prosedurların müzakirəsini davam etdirməyi tapşırıblar. Bu istiqamətdə işlər davam etdirilir və artıq həyata keçirilir", - deyə o bildirib.
Neçayev qeyd edib ki, yeni dövlətlərin qəbulu məsələsi assosiasiyanın bütün iştirakçılarının mövqelərini nəzərə almaqla çox incə yanaşma tələb edir. Eyni zamanda, onun sözlərinə görə, BRİKS G7-nin analoqu olaraq elit kluba çevrilmək niyyətində deyil.
"BRİKS açıqlığın və inklüzivliyin, beynəlxalq birliyin bütün üzvlərinin, ilk növbədə inkişaf etməkdə olan ölkələrin maraqlarını tam nəzərə almağa hazırlığın təcəssümüdür. Bu baxımdan BRİKS+ formatında dialoqlar çox uğurlu alınıb. Xüsusilə, BRİKS-ə dəvət olunmuş on üç dövlətin liderlərinin iştirakı ilə qlobal inkişaf məsələləri üzrə yüksək səviyyəli dialoq aşkar olanı təsdiqlədi: onlar bizim assosiasiyamızı daha ədalətli dünya nizamının sütunlarından biri, əsl çoxqütblülüyün keşiyində görürlər", - deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Bundan əvvəl Əlcəzair prezidenti Abdelmajid Tebbun respublikanın BRİKS-ə qoşulmaqda maraqlı olduğunu bildirmişdi. 2022-ci ilin iyununda Argentina və İran assosiasiyaya qoşulmaq üçün müraciət ediblər. Daha sonra BRİKS Beynəlxalq Forumunun prezidenti Purnima Anand Misir, Səudiyyə Ərəbistanı və Türkiyənin də bu assosiasiyaya üzv olmaq üçün müraciət etməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, artıq növbəti sammitdə bu ölkələrin bəzilərinin qəbulu ilə bağlı müzakirələr aparıla və qərar qəbul oluna bilər.
BRİKS-ə Braziliya, Rusiya, Hindistan, CAR və Çin daxildir.
Xəbər lenti
0