Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Qütb ulduzu-2022" beynəlxalq Ordu oyunları

© Sputnik / Виталий Тимкив / Mediabanka keçid"Qütb ulduzu-2022" beynəlxalq Ordu oyunlarında hakimlər
Qütb ulduzu-2022 beynəlxalq Ordu oyunlarında hakimlər - Sputnik Azərbaycan, 1920, 11.08.2022
Abunə olmaq
Aerokosmik qüvvələrin təyyarəsi müsabiqə üçün Rusiya Federasiyası, Venesuela, Sudan və İrandan olan xüsusi təyinatlıları Belarusa çatdırıb.
BAKI, 11 avqust — Sputnik. Rusiya hərbi-nəqliyyat aviasiyası "Qütb ulduzu-2022" beynəlxalq Ordu oyunlarının Rusiya, Venesuela, Sudan və İrandan olan iştirakçılarını Belarusa çatdırıb. Bunu Rusiya Müdafiə Nazirliyi cümə axşamı bildirib.
"Rusiya, Venesuela, Sudan və İranın xüsusi təyinatlı bölmələri "Qütb Ulduzu-2022" beynəlxalq yarışlarında iştirak etmək üçün Rusiya aerokosmik qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının təyyarəsi ilə Belarus Respublikasının Baranoviçi aerodromuna gəlib", - məlumatda belə deyilir.
Qeyd olunur ki, Belarus tərəfi sutkanın qaranlıq vaxtına baxmayaraq, gələnləri çörək və duz ilə səmimi qəbul edib.
Yarış iştirakçıları yarışın müxtəlif mərhələlərində və məşqlərində, o cümlədən, içində girovlar olan binaya basqın etmək və qrup şəklində dəqiq eniş üçün eniş üzrə bacarıqlarını nümayiş etdirəcəklər.
Avqustun 14-dən 26-dək VIII Beynəlxalq Ordu Oyunları çərçivəsində Belarus ərazisində Brestski poliqonunun bazasında xüsusi təyinatlı birləşmələr arasında "Qütb ulduzu" beynəlxalq yarışı keçirilir. Burada altı dövlətin - Rusiya, Belarus, Venesuela, Sudan, İran və Özbəkistanın silahlı qüvvələrinin komandaları iştirak edir. Müsabiqənin açılış mərasimi avqustun 14-də keçiriləcək.
Xəbər lenti
0