Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada Müslüm Maqomayevin 80 illiyi qeyd olunacaq

© Sputnik / Борис Елин / Mediabanka keçidMüslüm Maqomayev
Müslüm Maqomayev - Sputnik Azərbaycan, 1920, 11.08.2022
Abunə olmaq
Muzeyi ziyarət edəcək tamaşaçılar görkəmli ifaçının şəxsi əşyalarını, onun çəkdiyi rəsmləri, ailə arxivindən fotoşəkilləri və musiqi karyerası ərzində aldığı çoxsaylı beynəlxalq mükafatları görmək imkanı əldə edəcəklər.
BAKI, 11 avqust — Sputnik. Oktyabrın 29-da Moskvada "Crocus City Hall"da SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunan konsert keçiriləcək. Konsert proqramında Rusiya estradasının və operasının ulduzları iştirak edəcəklər. Konsertdə M.Maqomayevin repertuarından mahnı və ariyalar səsləndiriləcək.
Qeyd edək ki, "Crocus City Hall"un ikinci mərtəbəsinin foyesində Müslüm Maqomayevin xatirəsinə həsr olunan muzey var. Muzeyi ziyarət edəcək tamaşaçılar görkəmli ifaçının şəxsi əşyalarını, onun çəkdiyi rəsmləri, ailə arxivindən fotoşəkilləri və musiqi karyerası ərzində aldığı çoxsaylı beynəlxalq mükafatları görmək imkanı əldə edəcəklər.
Müslüm Maqomayev kimdir?
SSRİ xalq artisti, "Şöhrət Ordeni" laureatı Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
1975-ci ildə "Azərbaycan Dövlət Estrada Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.
O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir.
M.Maqomayev Eldar Quliyevin filmlərinə musiqi yazırdı. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanmış "Yaroslavna" tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.
Rejissor Tofiq İsmayılov 1971-ci ildə onun haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkilib. Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.
Xəbər lenti
0