Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Coca-Cola" Rusiyada işlərə qoyulan məhdudiyyətlər üzündən 200 milyon avro itirib

© AFP 2024 / REMY GABALDA “Coca-Cola” içkiləri
 “Coca-Cola” içkiləri - Sputnik Azərbaycan, 1920, 11.08.2022
Abunə olmaq
Şirkət Rusiya bazarından qismən çıxması ilə bağlı ciddi itkilər verdiyini elan edib.
BAKI, 11 avqust — Sputnik. Coca-Cola HBC AG Rusiya bazarından tədricən çəkilmək qərarı verdikdən sonra 2022-ci ilin birinci yarısında 190 milyon avro itirdiyini bildirib. Bu barədə şirkətin bu ilin ilk 6 ayı üzrə rəsmi hesabatında deyilir.
"Coca-Cola HBC AG (CCH.L) cümə axşamı bildirib ki, ilin birinci yarısında birdəfəlik 190 milyon avro (195,36 milyon dollar) zərər görüb. Bu, Rusiyada Coca-Cola içkilərinin satışının dayandırılması ilə bağlıdır", - deyə hesabatda bildirilir.
Eyni zamanda, "Coca-Cola" şirkətin Rusiya Federasiyasından çıxması ilə bağlı itkilərinin bununla bitməyəcəyini gözləyir.
Rusiya bazarında işləməkdən imtinaya görə şirkətə dəyəcək əlavə zərər 2022-ci ilin ikinci yarısında 82 milyon avronu keçə bilər.
Coca-Cola Rusiyada fəaliyyətini tədricən dayandırmağa başladığını bu il martın əvvəlində elan edib.
Şirkət nümayəndələri Rusiya Federasiyasından çıxmalarının mümkün risklərini başa düşdüklərini, lakin yenə də belə bir qərardan imtina etməyəcəklərini bildirmişlər.
Xəbər lenti
0