https://sputnik.az/20220811/abs-in-ukraynaya-herbi-yardim-qerari-yalniz-herbi-emeliyyatlari-uzadir---rusiya-xn---444898972.html
ABŞ-ın Ukraynaya hərbi yardım qərarı yalnız hərbi əməliyyatları uzadır - Rusiya XİN
ABŞ-ın Ukraynaya hərbi yardım qərarı yalnız hərbi əməliyyatları uzadır - Rusiya XİN
Sputnik Azərbaycan
Diplomat bildirib ki, məlumatların ötürülməsi üçün təkcə hərbi deyil, həm də mülki və özəl peyklərdən istifadə kosmosun hərbiləşdirilməsinə gətirir. 11.08.2022, Sputnik Azərbaycan
2022-08-11T12:37+0400
2022-08-11T12:37+0400
2022-08-11T12:39+0400
rusiya
rusiya xin
qərb
ukrayna
silah
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830201_0:0:2891:1626_1920x0_80_0_0_f28efe50bc1fddb4ad7226c3b14e3dd9.jpg
BAKI, 11 avqust - Sputnik. ABŞ-ın Ukraynaya növbəti hərbi yardım paketi vermək qərarı yalnız döyüşləri uzadır və vəziyyətin həllinə kömək etmir. Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev deyib."Avqustun 8-də ABŞ Ukraynaya 1 milyard dollarlıq yardım elan edib.Beləliklə, ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi həcmi Co Baydenin prezidentlik müddəti başlayandan 9,8 milyard dollara, 2014-cü ildən isə 11,8 milyard dollara yüksəlib. Bu cür siyasət yalnız hərbi əməliyyatları gecikdirir və vəziyyətin nizamlanmasına kömək etmir”, - deyə o bildirib.Onun sözlərinə görə, ABŞ Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edir, özəl peyklərin məlumatlarından da istifadə olunur ki, bu da kosmosun hərbiləşdirilməsinə gətirib çıxarır.“ABŞ təkcə silah tədarükü ilə məhdudlaşmır, həm də hərbi yardım çərçivəsində Ukraynaya kəşfiyyat məlumatları verir. Eyni zamanda, məlumatlar üşün təkcə hərbi deyil, həm də mülki və özəl peyklərdən istifadə olunur ki, bu da əslində kosmosun hərbiləşdirilməsinə gətirib çıxarır”, - deyə Neçaev əlavə edib.Diplomat bildirib ki, Qərbin Kiyevə nəzarətsiz şəkildə silahlar verməsi artıq onların qaçaqmalçılığının geniş miqyas almasına, qara bazarda və internetin "kölgəli" seqmentində görünməsinə səbəb olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830201_29:0:2760:2048_1920x0_80_0_0_a99747b74577a9d8f1425eef453710d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, qərb, ukrayna, silah
rusiya xin, qərb, ukrayna, silah
ABŞ-ın Ukraynaya hərbi yardım qərarı yalnız hərbi əməliyyatları uzadır - Rusiya XİN
12:37 11.08.2022 (Yenilənib: 12:39 11.08.2022) Diplomat bildirib ki, məlumatların ötürülməsi üçün təkcə hərbi deyil, həm də mülki və özəl peyklərdən istifadə kosmosun hərbiləşdirilməsinə gətirir.
BAKI, 11 avqust - Sputnik. ABŞ-ın Ukraynaya növbəti hərbi yardım paketi vermək qərarı yalnız döyüşləri uzadır və vəziyyətin həllinə kömək etmir. Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev deyib.
"Avqustun 8-də ABŞ Ukraynaya 1 milyard dollarlıq yardım elan edib.Beləliklə, ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi həcmi Co Baydenin prezidentlik müddəti başlayandan 9,8 milyard dollara, 2014-cü ildən isə 11,8 milyard dollara yüksəlib. Bu cür siyasət yalnız hərbi əməliyyatları gecikdirir və vəziyyətin nizamlanmasına kömək etmir”, - deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edir, özəl peyklərin məlumatlarından da istifadə olunur ki, bu da kosmosun hərbiləşdirilməsinə gətirib çıxarır.
“ABŞ təkcə silah tədarükü ilə məhdudlaşmır, həm də hərbi yardım çərçivəsində Ukraynaya kəşfiyyat məlumatları verir. Eyni zamanda, məlumatlar üşün təkcə hərbi deyil, həm də mülki və özəl peyklərdən istifadə olunur ki, bu da əslində kosmosun hərbiləşdirilməsinə gətirib çıxarır”, - deyə Neçaev əlavə edib.
Diplomat bildirib ki, Qərbin Kiyevə nəzarətsiz şəkildə silahlar verməsi artıq onların qaçaqmalçılığının geniş miqyas almasına, qara bazarda və internetin "kölgəli" seqmentində görünməsinə səbəb olub.