Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyədə rus dili kursları və məktəblərinə ehtiyac var - Ombudsman

© Sputnik / Константин Чалабов / Mediabanka keçidŞagirdlər ibtidai məktəbdə rus dilində oxu dərsində
Şagirdlər ibtidai məktəbdə rus dilində oxu dərsində - Sputnik Azərbaycan, 1920, 10.08.2022
Abunə olmaq
Moskalkovanın sözlərinə görə, Türkiyədəki rusiyalılar rus dili kurslarının daha çox ödənişsiz fəaliyyət göstərməsinə ehtiyac olduğunu istəyir.
BAKI, 10 avqust - Sputnik. Rusiya Federasiyasının İnsan Hüquqları Müvəkkili Aparatı "Rossotrudniçestvo" ilə birlikdə oradakı RF vətəndaşlarının çoxluğu fonunda Türkiyədə rus dilini öyrənmək imkanlarının necə genişləndirilməsini nəzərdən keçirəcək. Bunu RİA Novosti-yə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova deyib.
© Sputnik / Ilya Pitalev / Mediabanka keçidTatyana Moskalkova
Tatyana Moskalkova - Sputnik Azərbaycan, 1920, 10.08.2022
Tatyana Moskalkova
“Türkiyədə vətəndaşlarımızın sayı artdıqca rus dilini öyrənmək imkanlarının genişləndirilməsi və burada onilliklər boyu qoyulmuş və nəsildən-nəslə ötürülən ənənələrin davam etdirilməsi məsələsi ortaya çıxır. O cümlədən, soydaşlarımız rus dili kurslarının daha çox ödənişsiz fəaliyyət göstərməsinə ehtiyac olduğunu bildiriblər. Belə bir məsələ qaldırıldı və biz "Rossotrudniçestvo" ilə birlikdə rus dilinin (Türkiyədə - red.) öyrənilməsi imkanlarını necə genişləndirməyin mümkün olacağını düşünəcəyik”, - deyə o bildirib.
Ombudsmanın sözlərinə görə, hazırda Türkiyədə rus dili kursları və məktəblərinə ehtiyac var:
“Mən bu məsələni Rusiya Təhsil Nazirliyi qarşısında qaldıraracağam və onları bu problemin həllinin vacibliyinə inandıracağam".
Moskalkova onu da bildirib ki, hər problemin qarşılıqlı həlli yolu var:
"Rusiyada türk dili kurslarının, ola bilsin ki, Rusiyada yaşayan və Türkiyədə iş görmək və ya Rusiyada türk şirkətlərində işləmək istəyən vətəndaşlar üçün türkcə kurslarının genişləndirilməsi ehtiyaclarını, məscidlərdə bazar günləri türk dili məktəbləri məsələsini öyrənməli və izləməliyəm”, - deyə Ombudsman əlavə edib.
Xəbər lenti
0