Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan ən çox taxıl alan ölkələr Türkiyə və Misirdir

© Photo : Ministry of Agriculture (Azerbaijan)Taxıl biçimi, arxiv şəkli
Taxıl biçimi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.08.2022
Abunə olmaq
RF-in əsas taxıl alıcılarının siyahısında ərəb ölkələrinin də adları var.
BAKI, 10 avqust — Sputnik. Rusiyanın kənd təsərrüfatı nazirliyi Rusiya taxılının ən böyük alıcılarının adını açıqlayıb. RT agentliyi xəbər verir ki, onlar Türkiyə, Misir və İran olub.
Qurumun məlumatına görə, yerli taxılın tədarükünün 70%-i məhz bu ölkələrin payına düşür. Bundan başqa, Rusiya Federasiyasından əsas taxıl alıcılarının siyahısına Səudiyyə Ərəbistanı və Liviya da daxil edilib.
Xatırladaq ki, əvvəllər Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşev Rusiyanın 2022-ci ildə xaricə taxıl tədarükü planını azalda biləcəyini, lakin daxili bazarın tam təmin olunacağını bildirmişdi.
Patruşev məhsuldarlığın aşağı düşməsini yazın soyuq keçməsi və hava şəraiti ilə əlaqədar bir çox rayonlarda işlərin gec başlaması ilə izah edib.
Bundan əlavə, avadanlıq üçün xarici komponentlərin tədarükü ilə bağlı çətinliklər var.
Xəbər lenti
0