https://sputnik.az/20220810/rusiya-mudafie-nazirliyinin-konfransina-35-nazir-tesrif-buyuracaq-444879623.html
Rusiya müdafiə nazirliyinin konfransına 35 nazir təşrif buyuracaq
Rusiya müdafiə nazirliyinin konfransına 35 nazir təşrif buyuracaq
Sputnik Azərbaycan
Bu il ilk dəfə olaraq təhlükəsizlik konfransı "Ordu" hərbi-texniki forumu və beynəlxalq Ordu oyunları ilə eyni vaxtda keçiriləcək. 10.08.2022, Sputnik Azərbaycan
2022-08-10T18:21+0400
2022-08-10T18:21+0400
2022-08-10T18:21+0400
rusiya federasiyası
rusiya
müdafiə nazirliyi
konfrans
nazirlər
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439527092_0:0:3239:1822_1920x0_80_0_0_68f615049c999cfd12351a2997cd6ca6.jpg
BAKI, 10 avqust — Sputnik. Müxtəlif ölkələrin 35 müdafiə naziri 10-cu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcəklərini təsdiqləyiblər. Bunu Rusiyanın müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə deyib.Onun sözlərinə görə, bu il müdafiə idarələrinin rəhbərlərinin və digər yüksək səviyyəli nümayəndələrin rahatlığı üçün konfransda şəxsi iştirakla yanaşı, digər iştirak formatları da - videokonfrans əlaqəsi vasitəsilə rejim və ya plenar iclasda əvvəlcədən yazılmış videomüraciətlərin təqdimatı nəzərdə tutulub.O xatırladıb ki, bu il ilk dəfə olaraq təhlükəsizlik konfransı "Ordu" hərbi-texniki forumu və Beynəlxalq Ordu oyunları ilə eyni vaxtda keçiriləcək."Bu, nümayəndə heyətlərinə məkan və vaxt baxımından birləşərək eyni anda üç böyük beynəlxalq tədbirdə iştirak etməyə imkan verəcək", - deyə general əlavə edib.Qeyd edək ki, beynəlxalq təhlükəsizlik üzrə 10-cu Moskva konfransı avqustun 16-da "Patriot" parkında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi üzrə "Avanqard" tədris-metodiki mərkəzində keçiriləcək.Forum 2012-ci ildən keçirilir. Bu müddət ərzində konfrans miqyasına və iştirakçıların sayına görə digər ölkələrdə keçirilən analoji tədbirləri geridə qoyaraq, təhlükəsizlik məsələləri üzrə ən nüfuzlu beynəlxalq müzakirə platformalarından birinə çevrilib. İlk konfranslarda iştirakçıların sayı 200-300 nümayəndə ilə məhdudlaşırdı, 2019-cu il forumunda 111 ölkədən 1000-dən çox nümayəndə iştirak edirdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/18/439527092_205:0:2934:2047_1920x0_80_0_0_81c6fc9871494ad17d29981f0761d377.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya federasiyası, müdafiə nazirliyi, konfrans, nazirlər
rusiya federasiyası, müdafiə nazirliyi, konfrans, nazirlər
Rusiya müdafiə nazirliyinin konfransına 35 nazir təşrif buyuracaq
Bu il ilk dəfə olaraq təhlükəsizlik konfransı "Ordu" hərbi-texniki forumu və beynəlxalq Ordu oyunları ilə eyni vaxtda keçiriləcək.
BAKI, 10 avqust — Sputnik. Müxtəlif ölkələrin 35 müdafiə naziri 10-cu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcəklərini təsdiqləyiblər. Bunu Rusiyanın müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu il müdafiə idarələrinin rəhbərlərinin və digər yüksək səviyyəli nümayəndələrin rahatlığı üçün konfransda şəxsi iştirakla yanaşı, digər iştirak formatları da - videokonfrans əlaqəsi vasitəsilə rejim və ya plenar iclasda əvvəlcədən yazılmış videomüraciətlərin təqdimatı nəzərdə tutulub.
"Bu günə olan məlumata görə, 35 ölkənin müdafiə nazirləri həm şəxsən, həm də videobağlantı vasitəsilə konfransda iştirak edəcəklərini təsdiqləyiblər. Bunlar aşağıdakılardır: 25-i şəxsən, 10-u videogörüntü vasitəsilə, həmçinin, səkkiz baş qərargah rəisi və müdafiə nazirlərinin müavinləri, habelə, altı beynəlxalq təşkilat nümayəndəsi", - deyə Fomin bildirib.
O xatırladıb ki, bu il ilk dəfə olaraq təhlükəsizlik konfransı "Ordu" hərbi-texniki forumu və Beynəlxalq Ordu oyunları ilə eyni vaxtda keçiriləcək.
"Bu, nümayəndə heyətlərinə məkan və vaxt baxımından birləşərək eyni anda üç böyük beynəlxalq tədbirdə iştirak etməyə imkan verəcək", - deyə general əlavə edib.
Qeyd edək ki, beynəlxalq təhlükəsizlik üzrə 10-cu Moskva konfransı avqustun 16-da "Patriot" parkında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi üzrə "Avanqard" tədris-metodiki mərkəzində keçiriləcək.
Forum 2012-ci ildən keçirilir. Bu müddət ərzində konfrans miqyasına və iştirakçıların sayına görə digər ölkələrdə keçirilən analoji tədbirləri geridə qoyaraq, təhlükəsizlik məsələləri üzrə ən nüfuzlu beynəlxalq müzakirə platformalarından birinə çevrilib. İlk konfranslarda iştirakçıların sayı 200-300 nümayəndə ilə məhdudlaşırdı, 2019-cu il forumunda 111 ölkədən 1000-dən çox nümayəndə iştirak edirdi.