https://sputnik.az/20220810/rusiya-mn-ukraynanin-son-sutkadaki-itkilerini-aciqladi-444872780.html
Rusiya MN Ukraynanın son sutkadakı itkilərini açıqladı
Rusiya MN Ukraynanın son sutkadakı itkilərini açıqladı
Sputnik Azərbaycan
Ötən sutka ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Xerson vilayətində yeddi HIMARS raketini, Nikolayev vilayəti və Donetsk vilayətində isə 9... 10.08.2022, Sputnik Azərbaycan
2022-08-10T15:12+0400
2022-08-10T15:12+0400
2022-08-10T15:18+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
iqor konaşenkov
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439629263_0:0:1920:1080_1920x0_80_0_0_0c9fcea8b3844c46b249970cd0377f77.jpg
BAKI, 10 avqust — Sputnik. Rusiya hərbi-kosmik qüvvələri Nikolayev vilayəti ərazisində üç Ukrayna təyyarəsini vurub. Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib."Rusiya Aerokosmik Qüvvələrinin qırıcı aviasiyası Nikolayev vilayəti ərazisində hava döyüşlərində Ukrayna Hərbi Hava Qüvvələrinin üç təyyarəsini vurub: Novoxristoforovka qəsəbəsi ərazisində bir Su-25, bir MiQ-29, Troitsko-Safonovo üzərində və Novoselye qəsəbəsi ərazisində bir Su-27 vurulub", - deyə Konaşenkov qeyd edib.Ötən sutka ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Xerson vilayətində yeddi HIMARS raketini, Nikolayev vilayəti və Donetsk vilayətində isə 9 PUA-nı vurub. Bununla yanaşı, Xerson vilayətində havada iki "Toçka-U" ballistik raketi vurulub, Nikolayev vilayətində "Smerç" RYAS-nin dörd mərmisi ələ keçirilib.Rusiya Müdafiə Nazirliyi bildirir ki, Rusiya aviasiyası Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin 56-cı motoatıcı briqadasının şəxsi heyətinin 70%-ə qədərini məhv edib və bu, briqadanın döyüş qabiliyyətini itirməsinə səbəb olub.Konaşenkovun sözlərinə görə, briqadanın itkilərini əvəzləmək üçün səfərbər olunan ukraynalıların əksəriyyəti təmas xəttinə keçməkdən imtina edərək fərarilik ediblər."Rusiya Aerokosmik Qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinin 93-cü mexanikləşdirilmiş briqadasının bölmələrinin Xarkov vilayətinin Andreevka qəsəbəsi ərazisində müvəqqəti yerləşmə məntəqələrinə endirdiyi zərbələr nəticəsində yüz millətçi və 20-dən çox hərbi texnika məhv edilib", - Müdafiə Nazirliyindən bildirilib.Bununla yanaşı, Rusiya Silahlı Qüvvələri Almaniyanın Kiyevə çatdırdığı Gepard zenit-raket kompleksinin döyüş maşını Nikolayev vilayətində məhv edilib.Gün ərzində Rusiya aviasiyası, raket qoşunları və artilleriyası Ukrayna Silahlı Qüvvələrinin beş komanda məntəqəsinə, o cümlədən Xerson vilayətindəki 46-cı aeromobil briqadaya, Zaporojye vilayətindəki Xortitsa milli qvardiya alayına, Donetsk vilayəti və Nikolaev şəhərindəki 56-cı motoatıcı briqadası və "Aydar" millətçi birləşməsinə zərbələr endirilib.Rusiya Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Donetsk vilayətində və Zaporojye vilayətində döyüş sursatı, raket və artilleriya silahlarının 7 anbarı məhv edilib. Bundan əlavə, Donetsk istiqamətində Ukraynaya məxsus S-300 zenit-raket kompleksinin buraxılış qurğusu məhv edilib.Dağıdılan anbarlar arasında 54-cü mexanikləşdirilmiş briqadanın silah-sursat anbarı da var."Nəticədə Ukrayna tərəfi 30-a qədər hərbçi, 6000-dən çox artilleriya mərmisi və müxtəlif çaplı minaatan, həmçinin 7 texnika itirib", - nazirlik bildirib.Kontr-batareya döyüşləri çərçivəsində Ukraynanın "Qrad" reaktiv yaylım atəş sistemi (RYAS) iki taqımı, həmçinin Donetsk ərazisində D-20 silahlarından ibarət iki artilleriya taqımına və D-30 haubitsalarından ibarət iki taqıma zərbələr vurub ."Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna tərəfinin 267 təyyarəsi, 145 helikopteri, 1720 pilotsuz uçuş aparatı, 365 zenit-raket kompleksi məhv edilib", - nazirlikdən bildirilib.Qeyd olunur ki, 283 tank və digər zirehli döyüş maşını, 795 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3286 səhra artilleriya qurğusu və minaatan, 4807 ədəd xüsusi təyinatlı hərbi texnika da məhv edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/1a/439629263_212:0:1652:1080_1920x0_80_0_0_5eb33cd31bbf7e3fa4cfc59998670234.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iqor konaşenkov, rusiya, ukrayna
iqor konaşenkov, rusiya, ukrayna
Rusiya MN Ukraynanın son sutkadakı itkilərini açıqladı
15:12 10.08.2022 (Yenilənib: 15:18 10.08.2022) Ötən sutka ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Xerson vilayətində yeddi HIMARS raketini, Nikolayev vilayəti və Donetsk vilayətində isə 9 PUA-nı vurub.
BAKI, 10 avqust — Sputnik. Rusiya hərbi-kosmik qüvvələri Nikolayev vilayəti ərazisində üç Ukrayna təyyarəsini vurub. Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.
"Rusiya Aerokosmik Qüvvələrinin qırıcı aviasiyası Nikolayev vilayəti ərazisində hava döyüşlərində Ukrayna Hərbi Hava Qüvvələrinin üç təyyarəsini vurub: Novoxristoforovka qəsəbəsi ərazisində bir Su-25, bir MiQ-29, Troitsko-Safonovo üzərində və Novoselye qəsəbəsi ərazisində bir Su-27 vurulub", - deyə Konaşenkov qeyd edib.
Ötən sutka ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri Xerson vilayətində yeddi HIMARS raketini, Nikolayev vilayəti və Donetsk vilayətində isə 9 PUA-nı vurub. Bununla yanaşı, Xerson vilayətində havada iki "Toçka-U" ballistik raketi vurulub, Nikolayev vilayətində "Smerç" RYAS-nin dörd mərmisi ələ keçirilib.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, Rusiya aviasiyası Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin 56-cı motoatıcı briqadasının şəxsi heyətinin 70%-ə qədərini məhv edib və bu, briqadanın döyüş qabiliyyətini itirməsinə səbəb olub.
Konaşenkovun sözlərinə görə, briqadanın itkilərini əvəzləmək üçün səfərbər olunan ukraynalıların əksəriyyəti təmas xəttinə keçməkdən imtina edərək fərarilik ediblər.
"Rusiya Aerokosmik Qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinin 93-cü mexanikləşdirilmiş briqadasının bölmələrinin Xarkov vilayətinin Andreevka qəsəbəsi ərazisində müvəqqəti yerləşmə məntəqələrinə endirdiyi zərbələr nəticəsində yüz millətçi və 20-dən çox hərbi texnika məhv edilib", - Müdafiə Nazirliyindən bildirilib.
Bununla yanaşı, Rusiya Silahlı Qüvvələri Almaniyanın Kiyevə çatdırdığı Gepard zenit-raket kompleksinin döyüş maşını Nikolayev vilayətində məhv edilib.
Gün ərzində Rusiya aviasiyası, raket qoşunları və artilleriyası Ukrayna Silahlı Qüvvələrinin beş komanda məntəqəsinə, o cümlədən Xerson vilayətindəki 46-cı aeromobil briqadaya, Zaporojye vilayətindəki Xortitsa milli qvardiya alayına, Donetsk vilayəti və Nikolaev şəhərindəki 56-cı motoatıcı briqadası və "Aydar" millətçi birləşməsinə zərbələr endirilib.
Rusiya Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Donetsk vilayətində və Zaporojye vilayətində döyüş sursatı, raket və artilleriya silahlarının 7 anbarı məhv edilib. Bundan əlavə, Donetsk istiqamətində Ukraynaya məxsus S-300 zenit-raket kompleksinin buraxılış qurğusu məhv edilib.
Dağıdılan anbarlar arasında 54-cü mexanikləşdirilmiş briqadanın silah-sursat anbarı da var.
"Nəticədə Ukrayna tərəfi 30-a qədər hərbçi, 6000-dən çox artilleriya mərmisi və müxtəlif çaplı minaatan, həmçinin 7 texnika itirib", - nazirlik bildirib.
Kontr-batareya döyüşləri çərçivəsində Ukraynanın "Qrad" reaktiv yaylım atəş sistemi (RYAS) iki taqımı, həmçinin Donetsk ərazisində D-20 silahlarından ibarət iki artilleriya taqımına və D-30 haubitsalarından ibarət iki taqıma zərbələr vurub .
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna tərəfinin 267 təyyarəsi, 145 helikopteri, 1720 pilotsuz uçuş aparatı, 365 zenit-raket kompleksi məhv edilib", - nazirlikdən bildirilib.
Qeyd olunur ki, 283 tank və digər zirehli döyüş maşını, 795 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3286 səhra artilleriya qurğusu və minaatan, 4807 ədəd xüsusi təyinatlı hərbi texnika da məhv edilib.