Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

"Baktelecom" internetin sürətini də artırıb, qiymətini də - Tariflər

© AP Photo / David GoldmanNoutbuk arxasında qadınlar, arxiv şəkli
Noutbuk arxasında qadınlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.08.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 10 AZN təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 AZN-dir.
BAKI, 10 avqust — Sputnik. "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) müasir dövrün texnoloji üstünlüklərinə əlçatanlığı təmin etmək məqsədilə GPON (Gigabit Passive Optical Network) texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifini dəyişdirib.
MMC-dən bildirilib ki, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq "Baktelecom" 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli internetə keçidini təmin edir.
Bu məqsədlə GPON 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 2022-ci il avqustun 6-dan müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülür.
Bu dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunur ki, bu da qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmətlərdən və platformalardan yararlanmağa imkan verir.
Qiymət dəyişikliyinə gəlincə, xidmət istifadəçiləri 3-4 qat sürət tariflərinə keçirilir və köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (60 faizədək daha az) ödəniş edirlər.
Belə ki, əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 10 AZN təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 AZN-dir. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 12,5 AZN təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 AZN-dir.
Qeyd edək ki, genişzolaqlı GPON internet xidməti fiber-optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.
Abunəçilərin diqqətinə bir daha çatdırılır ki, iyulun 6-da "www.baktelecom.az" saytı və qurumun sosial şəbəkələrdəki hesabları üzərindən sözügedən tarif dəyişikliyi ilə bağlı məlumat təqdim olunub.
Xəbər lenti
0