Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Wiener Zeitung: Almaniya və Avstriyada Putin və Rusiyaya dəstək səviyyəsi yüksəkdir

© Photo : Sergei Bobylev/TASS Host Photo Agency Pool via APRusiya prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.08.2022
Abunə olmaq
Müəllif qeyd edir ki, Putin ultra-liberal gender siyasətini tənqid etməklə sağları heyran edir. Həmçinin, sanksiyaların iqtisadi nəticələrinə görə Almaniya və Avstriya vətəndaşları arasında narazılıqlar artır.
BAKI, 9 avqust — Sputnik. Almaniya və Avstriyada Rusiya lideri Vladimir Putinə və Rusiyaya dəstək səviyyəsi kifayət qədər yüksəkdir. Bunu köşə yazarı Gerhard Lexner "Wiener Zeitung" qəzetində yazır.
Müəllif öz nəşrində almanlar və avstriyalılar arasında Kiyevə yekdil dəstək təəssüratını aldadıcı hesab edir və Moskvanın ciddi sayda tərəfdarlarının olduğunu vurğulayır.
- Putin və Rusiyaya bu qəribə dəstək, görəsən, hardandır? Təbii ki, Putin ultra-liberal gender siyasətinin tənqidi ilə sağı, anti-NATO ritorikası ilə solçuları heyran edir, - deyə Lexner qeyd edir.
O, həmçinin, sanksiyaların iqtisadi nəticələrinə görə Almaniya və Avstriya vətəndaşları arasında artan narazılığa diqqət çəkib.
Daha əvvəl bildirilmişdi ki, əks-sanksiya ilə bütün bu sanksiyalar çoxdan öz ayağına atəş açmaq üzrə dünya çempionatını xatırladır. Və get-gedə bunu təkcə siz və mən yox, bəzi ekspertlər, siyasətçilər də anlamağa başlayırlar. O cümlədən, Qərb də, həmçinin.
Xəbər lenti
0