Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaporojye AES ətrafında vəziyyət hər gün daha təhlükəli olur - Zaxarova

© Sputnik / Mediabanka keçidZaporojye AES
Zaporojye AES - Sputnik Azərbaycan, 1920, 08.08.2022
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, mütəmadi olaraq MAQATE-yə yerindəcə yenilənmiş məlumatları göndərirlər.
BAKI, 8 avqust — Sputnik. Ukrayna silahlı qüvvələrinin hərəkətləri səbəbindən Zaporojye AES ətrafında vəziyyət hər gün daha təhlükəli olur. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Aydın olanı nəzərdən qaçıra bilmərik: vəziyyət hər gün daha da təhlükəli olur. Biz mütəmadi olaraq MAQATE-yə yerindəcə yenilənmiş məlumatları göndəririk ki, bu da agentliyin məlumatlarında öz əksini tapır. Bu da ağılla düşünmək qabiliyyətini itirmiş Ukrayna silahlı qüvvələri komandanlığının cinayət əməllərini açıq şəkildə ifşa edir", - deyə Zaxarova bildirib.
© AP Photo / Evgenia NovozheninaMariya Zaxarova
Представитель МИД России Мария Захарова - Sputnik Azərbaycan, 1920, 08.08.2022
Mariya Zaxarova
Zaxarovanın sözlərinə görə, Kiyev rejimi Zaporojye atom elektrik stansiyasını atəşə tutmaqla faktiki olaraq bütün Avropanı girov götürür.
"Gecə baş verən qətllər Böyük Vətən Müharibəsi dövründən bəri məlum olan Bandera ideologiyasının tərəfdarlarının xarakterik dəst-xəttidir. İndi onlar nəinki Rusiya və Ukrayna xalqlarını hədəfə alırlar. Avropa boyu öz nasist bütləri naminə ona od vurmaqdan çəkinmirlər", - deyə diplomat Zaporojye AES-in Ukrayna tərəfindən atəşə tutulmasını şərh edərkən bildirib.
Rusiya Müdafiə Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.08.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya MN: Ukrayna Silahlı Qüvvələrinin beş komanda məntəqəsinə zərbələr endirilib
Xəbər lenti
0